Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:12

14-24 Ən son və maraqlı xəbərlərlə yenidən sizinlədir...


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur Gələn ildən mobil telefonlara mesaj,yəni ismarıc göndərəndə, onun mətnini şifahi şəkildə demək də kifayət edəcək.Telefonunuz sizin şifahi formada dediyiniz mesajı özü yazılı formaya salacaq.Bu cür mobil telefonun 2006-cı ildən istifadəyə veriləcəyi haqda məlumatı İngiltərənin The Mail on Sunday qəzeti yayıb.Qəzetin məlumatına görə bu telefon sahibinin sözləri necə tələffüz etdiyini, onun dialektini də yaddaşında saxlayacaq və mesajları yazarkən bundan istifadə edəcək.Sahibinin, məsələn, “Bu mesaj Elçinə” sözlərini yaddaşına yazan telefon, öncə adı çəkilən şəxsin nömrəsini tapacaq, sonra da mesajı yazılı formaya salıb göndərəcək.



Məşhur sənətçi Luçiano Pavarotti 40 illik dostluğunun xatirinə rok mahnısı oxuyacaq.Contact music saytının verdiyi məlumata görə Deep Purple adlı qrupun albomunda yer alacaq “Smoke on the Water” adlı mahnıya vokalı Pavarotti edəcək.Bunu qrupun üzvü olan dostu Gillanın xahişini yerə salmayan sənətçi qrupla birlikdə studiyaya getməyəcək, mahnının ona aid hissələrini İtaliyadakı studiyaların birində yazdıracaq.Pavarottiyə aid hissələr mahnıya sonradan əlavə ediləcək.



Philipsin yeni istehsal etdiyi DVD pleyerləri isə üstümüzdə də daşıya biləcəyik.PET 700 adlı bu pleyerlərdə çox asanlıqla DVD filmlərə və

rəsm CD-lərə baxmaq, eyni zamanda MP3-CD və musiqi CD-ləri dinləmək mümkündür.Ara vermədən 3 saata qədər film izləmək imkanı verən , geniş ekrana və xüsusi çantası ilə birlikdə 750 qram çəkiyə malik bu pleyer rahat daşına bilir.
XS
SM
MD
LG