Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:29

Üç müxalifət partiyası seçkiyə birgə gatılmaq üçün danışıqlar aparır


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur Parlament seçkilərinə birlikdə getmək haqda ilk öncə iki partiya- Müsavat və AXCP-islahatçılar qanadı söz açırdı. Keçən həftə isə artıq bu partiyaların nümayəndələri seçki blokunun yaradılması yolunda danışıqlara başdadıqlarını bildirdilər. İlk vaxtlar bu danışıqlarda 4 partiyanın iştirak etdiyi deyilirdi. Amma danışıqlarda iştirak edən partiyaların adları sirr saxlanırdı. İndisə bu danışıqların 3 partiya arasında, AXCP islahatçılar qanadı, Müsavat və Demokrat Partiyası arasında olduğu bildirilir.





AXCp-islahatçılar qanadının tərəfdaşı olan Musavat partiyası danışıqlarda həm də Bizim Azərbaycan blokunun adından iştirak edir və partiyadan deyirlər ki, bu həm də o deməkdir ki, artıq bu blokda təmsil edilən partiyalar da bu danışıqların faktiki iştirakçılarıdır. Müsavat Partiyası başqanının müavini Vurğun Əyyubun sözlərinə görə, onlar belə danışıqlarda bütün real müxalifət partiyalarının təmsil edilməsindən yanadırlar. Amma adətən seçkiqabağı blokların aktiv tərəflərindən olan AMİP-in adı hələ ki, heç bir blokda çəkilmir. AMİP-in funksionerlərindən Məhərrəm Zülfüqarlı bunu milli istiqlalçıların partiyadaxili işlərə, sədr seçkisinə başlarının qarşıması ilə izah edir. Amma Məhərrəm bəy onu da bildirir ki, onların tərəfdaşlığa baxışı da Müsavat və AXCP-dən fərqlənir.





Həm siyasi ekspertlər, həm də siyasətçilərin özlərinin sözlərinə görə, məhz bu parlament seçkilərində müxalifətin vahid blok şəklində seçkiyə getməsi daha çox mümkündür. Çünki, adətən fikir ayrılıqlarına səbəb olan prezidentliyə vahid namizəd, və ya proporsional seçki sistemi üzrə partiya siyahısı problemləri yoxdur. AXCp islahatçılar qanadının sədri Əli Kərimlinin sözlərinə görə, onlar ölkə ərazisində 124 majoritar seçki dairəsi üzrə müxalifət blokunun yerlərdə vahid namizədlərinin müəyyənləşdirilməsi və onların birgə dəstəklənməsinə çalışacaqlar. Amma yeni yaranacaq blokda təmsil olunan müxalifət partiyalarının birgəliyi bununla bitməyəcək.





Əli Kərimlidən fərqli olaraq AMİP-in funksioneri Məhərrəm Zülfüqarlı deyir ki, yerlərdəki namizədlərin mərkəzdən təsdiqlənməsi ideyasına onların partiyasında elə də müsbət yanaşmırlar. Məhərrəm Zülfüqarlı hər bir dairə üzrə namizədin müxalifət partiyalarının yerlərdəki şöbələri tərəfindən seçilməsini təklif edir :





Danışıqarda iştirak edən və seçkiyə birgə getmək istəyən müxalifət qüvvələrinin hamısı ilk öncə bugünkü seçki qanunvericiliyinin dəyişdirilməsini, seçki komissiyalarının tərkibi məsələlərinə yenidən baxılmasının tələb edir. Müxalifətdə formalaşan ortaq fikir belədir ki, seçki məcəlləsi dəyişdirilmədən seçkidə müxalifətin qələbəsi mümkün olmayacaq.





AXCp islahatçılar qanadının sədri Əli Kərimlisə seçki məcəlləsində dəyişiklik edilməsində problem olmayacağını deyir. O inanır ki, müxalifət qərbin də təzyiqi ilə seçki qanunvericiliyində dəyişikliklərə nail olacaq.





O ki qaldı birlikdə seçkiyə getməyin texniki tərəflərinə, məsələn - vahid təbliğat kampaniyası, rəmzlər və maliyyə tərəfinə, bu haqda hələ ki, müzakirələr aparılmayıb. Müsavat partiyasından Vurğun Əyyubun sözlərinə görə, bu sırf texniki məsələdir və o qədər də önəmli deyil.





Əli Kərimli seçkiyə birlikdə getməyin maliyyə tərfinə toxunur və etiraf edir ki, müxalifətin seçki öncəsi təbliğat aparmaq üçün maliyyə dayaqları çox zəifdir və hətta bütün müxalifət partiyaları səylərini birləşdirsələr belə, iqtidaryönlü partiyalarla maliyyə cəhətdən mübarizə apara bilməyəcəklər. Amma AXCP islahatçılarının sədri Əli Kərimli az pulla çox iş görməyə müxalifətin öyrəşdiyini v
XS
SM
MD
LG