Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:15

Kürün üzərindən keçən körpünün bir hissəsi yarasız hala düşüb


Kür çayının Şirvan ərazisindən keçən hissəsinin üzərindəki körpünün bir hissəsi yarasız hala düşüb. Səhər saat 9 radələrində həmin körpüdən keçməklə Bakıya gələn sürücülərdən birinin «Azadlıq» radiosuna dediyinə görə, körpünün üzərində hərəkət məhdudlaşdırılıb birtərəflidir. Hazırda körpü üzərindən avtomobillər yalnız bir istiqamət üzrə hərəkət edir.

Son iki-üç ildə bu körpüdə oxşar vəziyyət bir neçə dəfə yaranıb. Mütəxəssislər bunu körpünün üzərindən daha çox ağır tonnajlı yük maşınlarının keçməsilə əlaqələndirirlər.

APA-nın yazdığına görə, körpünün üzərinə döşənmiş beton piltələrdən bir neçəsi sıradan çıxıb. Agentlik körpünün təmirinə hələki başlanılmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG