Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Aprelə qədər dövlət televiziyasının taleyi həll olunmalıdır


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur Martın 14-də Milli Məclisin insan haqları daimi komissiyası İctimai Televiziyanın Yayım Şurasına namizədlərin siyahısını plenar iclasa təqdim etdi.



Yayım Şurası üzvlüyünə namizədliyi qeydə alınmış 27 nəfərin içərisindən 9 nəfər parlamentdə təsdiqlənəcək.



“İctimai televiziya və radio yayımı haqqında” qanun ləyihəsini hazırlayan işçi qrupunun rəhbəri Rizvan Cəbiyev dedi ki, namizədliyi irəli sürülmüş şəxslər arasında tanınmış ziyalılar var.



İşçi qrupunun rəhbərinin fikrincə, bu namizədlər Yayım Şurası üzvlüyünə verilən tələblərə uyğundur. Onların demək olar ki, hamısı teleradio, teletexnika, mətbuat, informasiya, mədəniyyət və maliyyə sahələrində iş təcrübəsi olan insanlardır.



Millət vəkili müzakirə üçün vaxtın az olduğunu da həmkarlarına xatırlatdı. Çünki, aprel ayında AŞ-da Azərbaycanın öhdəlikləri müzakirə ediləcək.



«Mən bu günlərdə Strasburqda olarkən Azərbaycanın oradakı səfiri Aqşin Mehdiyev dedi ki, apreldəki müzakirələrə qədər dövlət televiziyasının statusu həll olunmasa və ictimai televiziya formalaşdırılmasa, Avropa Şurasında bizə qarşı ağır sanksiyalar tətbiq ediləcək».



Qısa müzakirələrdən sonra Yayım Şurası üzvlüyünə təklif olunan namizədlərin siyahısı parlamentin müzakirəsinə tövsiyə edildi.



Beləliklə, martın 15-də Milli Məclisin plenar iclasında millət vəkilləri təqdim olunan 27 nəfər arasından İctimai Televiziyanın Yayım Şurasının 9 üzvünü seçəcək.
XS
SM
MD
LG