Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:46

Montanada təyyarə qəzasında 17 nəfər həlak olub


Martın 22-i ABŞ-ın Montana ştatında baş verən təyyarə qəzasında 17 nəfər həlak olub. ABŞ-ın Federal Aviasiya Agentliyinin verdiyi məlumata görə tək mühərrikli turbovintli təyyarə Kaliforniyadan havaya qalxıb. Naməlum səbəblərdən o, Batte şəhərciyi yaxınlığında enməyə cəhd edib, lakin 150 metrdən enmə zolağına düşüb.

Ölənlər arasında çoxlu uşağın olduğu bildirilir. Təyyarənin dağ xizək kurortuna getdiyi ethimal edilir.

Hadisə araşdırılır.
XS
SM
MD
LG