Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02
Rubrikalar

Bu həftənin qeydlərini Azərbaycan Tibb Universitətinin müəllimi, tibb elmləri namizədi, dosent Zeyqəm Süleymanov aparır


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Zümrüd Rzazadə: Əgər başqa qəlbən qeyd etdiyimiz bayramları nəzərə alsaq ki, onlar dövlət səviyyəsində deyil, amma biz onları ürəkdən qeyd edirik, ona görə də mən elə fikirləşirəm ki,8 mart dövlət bayramı olmamalıdır.

Zakir Soltanov: Öncə onu qeyd etmək istərdim ki, 8 mart dövlət bayramı olmaqla qadınlardan çox kişilərə üstünlük gətirir.Məsələn, 8 mart dövlət bayramı olduğu üçün biz kişilər işə getmirik. Bundan əlavə dövlət biz işə çıxmasaq da həmin günün maaşını verir.Belə nəticə çıxır ki, qadınlardan çox kişilər qazanc əldə edirlər.

Zümrüd Rzazadə: Əgər qadınların hesabına kişilərin güzəştlərini nəzərə alsaq mən bir qadın kimi istərdim ki, o bayramı ürəkdən qeyd edəsiz, nəinki dövlət bunu sizə rəsmi şəkildə xatırlatsın.

Zakir Soltanov: Telefonumuzda xüsusi bir qayda vardır ki, hansısa bir tarixi yazırıq telefonumuza o da bizim yadımıza salır.Dövlət də burada həmin rolu oynayır.Yəni ilin 364 günü başımız qarışıq olan kişilərin, qadınların mühafizəsi, qadınlar üçün pul qazanmaqla məşğul olan kişilərin yadına salır ki, belə bir bayram da var.2-ci bir tərəfdən həmin gün qadınların kupil şəkildə bir günüdür ki, kişilər heç bir şeydə onların əleyhinə çıxmırlar.Şəxsi həyatımızda ola bilər ki, bəzi qadınlarla küsülü olaq və bu gün bizə xüsusi bir şans gətirir ki, həmin gün onlara hədiyyə verək və onlarla barışaq.

Zümrüd Rzazadə: Siz qadın psixologiyasını nəzərə almırsınızmı ki, həmin küsülü kişi qlobal bir qeyd olunan bayramdansa, başqa bir gündə qadınla barışmağa üstünlük versə qadının ürəyini daha tez ələ ala bilər.

Zakir Soltanov: Mən də fürsətdən istifadə edib qadınların bayramını təbrik edirəm və dövlətimizə çox sağ ol deyirəm ki, rəsmi şəkildə belə bir bayram yaradıblar.

Zümrüd Rzazadə: Rəsmi də olmasa həmişə bizim keşiyimizdə duran və müdafiəmizi çəkən kişilərimizi də bu münasibətlə təbrik edirəm.
XS
SM
MD
LG