Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38
Rubrikalar

Bu İzdə:<br>- Teatr və mədəniyyət mövzusundan söz açacaq<br>-Qızıl Dərviş mükafatçılarının adını öyrənəcək<br>-«Suflyor» sözünün mənasını yada salacaq…


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Salam, efirdə Qlobus proqramıdır. Mikrofonda mən, Samirə Faiqqızı.



Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq.



Bugünkü Qlobusun qonaqları:



- Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov,

- Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta.



Bugünkü Qlobusda Belarusda yaşayan azərbaycanlılardan söhbət gedecək. Bu barədə mənə Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov danışıb. Natiq bəyin özü 20 ilə yaxın Belarusda yaşayır. Dediyinə görə, hazırda Belarusda 100 minə yaxın azərbaycanlı yaşayır.



Belarusdakı Azərbaycan cəmiyyətlərinə gəldikdə, 1989-cu ildə Minskdə Qobustan cəmiyyəti yaranıb. Natiq Bağırov bu cəmiyyətə 1997-ci ildən rəhbərlik edir. 2 il əvvəl isə bu cəmiyyətin əsasında Belarus Azərbaycan İcmaları Konqresi yaranıb.

Natiq bəyin dediyinə görə, o təsadüfən Minskə gəlib. Gəlişinə səbəb isə onun idmanla məşqul olmaq istəyi olub.

---------------------



İkinci qonağım isə Avstraliyadan – Mikayıl Oytadır. Mikayıl bəy Sidneydəki Avstraliya Azərbaycan Assosiasiyasının sədridir.



Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək
XS
SM
MD
LG