Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:37

Ağ Ev Venesuela prezidentinin şərhinə münasibət bildirməkdən imtina edib


Ağ Ev Venesuela prezidenti Huqo Çavezin şərhlərinə münasibət bildirməkdən imtina edib. Huqo Çavez Barak Obamanı «yazıq nadan» adlandırıb demişdi ki, o, Latin Amerikası haqqında hələ oxuyub çox şey öyrənməlidir.

Onun bu cür şərhinə səbəb isə o idi ki, Barak Obama Çavezin terrorizmi dəstəklədiyini demiş və bildirmişdi ki, Venesuela prezidenti Latın Amerikasında inkişafa mane olur.

Huqo Çavez xəbərdarlıq edib ki, əgər prezident Obama Venesuelaya qarşı bu cür «hörmətsiz» olmaqda davam edərsə o, ABŞ-la üz-üzə gələcək.

İki ölkə arasında münasibətlər ABŞ-ın keçmiş prezidenti Corc Buşun hakimiyyəti zamanı gərginləşib.
XS
SM
MD
LG