Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

«Qara kəmər» əməliyyatı


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” ««Qara kəmər» əməliyyatı» başlıqlı məqalədə «525-ci qəzet» yazır ki, bu əməliyyat indiyə qədər törədilən ən qatı cinayətlərin üstünü açıb.



«Yerevan diasporun ianələrindən asılı vəziyətə düşüb» məqaləsində «Azərbaycan» qəzeti yazır ki, bu, Ermənistanın Milli Bankının sədri səviyyəsində etiraf edilir.



«Azadlıq» qəzetinin məlumatına görə, BMT-nin Dünya Ərzaq Proqramının hesabatında bildirilir ki, Azərbaycan kəndlərində yeni doğulan uşaqlar normal ölçüdən kiçik və ya çox kiçik olurlar. Məcburi köçkünlərin 90 faizi isə ərzağı ya nisyə, ya da borc pulla alır.



«Üç nöqtə» qəzeti yazır ki, Fətulla Hüseynov, Rövşən Əliyev və Azər İsmayılovun qatilləri tutuldu. Amma Rövşən Əliyev və Azər İsmayılovdan fərqli olaraq, Fətulla Hüseynovun nə səbəbdən qətlə yetirildiyi haqda MTN ətraflı açıqlama vermir.



«Ola bilsin, cinayətkar qrupun əsas başçısı Hacı Məmmədov deyil» məqaləsində «Bakı Xəbər» qəzeti yazır ki, bu cür qrupun və əməllərin himayədarı daha ciddi fiqurlardır.



««Şahdəniz» BP-nin ən böyük kəşfidir». Bu fikri «Yeni Azərbaycan» qəzetinə açıqlamasında «Şahdəniz» layihəsinin müəllifi Rob Kelli deyib.



MM-in spikeri Murtuz Ələsgərov deyib ki, dövlət işində çalışanların cinayət törətməsinə görə hökumət üzvləri parlament qarşısında cavab verməlidir. Mövzunu «Xalq Cəbhəsi» qəzeti şərh edir.



«Zerkalo» qəzeti yazır ki, MTN-in keçirdiyi əməliyyat DİN ətrafında qalmaqallar yaradacaq. Bu, həm də o deməkdir ki, artıq DİN-də struktur dəyişikliklər etməyin vaxtıdır.



«Rus təhsilli generallar istefaya göndəriləcək». «Ayna» qəzeti yazır ki, 2007-ci ilin sonuna qədər Azərbaycan ordusunda kadr islahatları başa çatacaq.



«Azərbaycan susurluğu» başlıqlı məqaləsində «Gün Səhər» qəzeti yazır ki, ötən illərin ən məşhur qətillərinin üstü açılır.
XS
SM
MD
LG