Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

Makedoniyada prezident seçkilərində hakim partiyanın namizədi irəlidədir


Makedoniyanın seçki komissiyasının verdiyi məlumata görə martın 22-i keçirilən prezident seçkilərinin ilkin nəticələri hakimiyyətdə olan partiyanın namizədinin irəlidə olduğunu göstərir. Lakin bununla belə həmin namizədin qalib gəlmək üçün lazım olan səslərin əlli faizdən çoxunu yığmadığı deyilir.

Ilkin nəticələrə görə hakimiyyətdə olan mərkəzi solçu VMRO-DPMNE partiyasından Qeorqi İvanov səslərin 38 faizini yığıb və bununla da rəqibləri, əsas müxlaif partiya olan Sosial Demorkatlardan Lyubomur Frçkovski və keçmiş daxili işlər naziri Lyube Boskoski-dən irəlidədir.

Iki həftə sonra ölkədə prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək.

Rəsmilər deyirlər ki, martın 22-i keçirilən yerli və prezident seçkiləri dinc keçib və gözəçarpan pozuntular qeydə alınmayıb.

Bu seçkinin həm də Makedoniyanın Avropa Birliyi və NATO-ya üzviliyinə hazırlığını nümayiş etdirmək üçün bir sınaq olacağı hesab olunur.

2008-ci il seçkiləri zorakılıqla yadda qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG