Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:38
Rubrikalar

Martın 11-də futbol üzrə 13-cü milli çempionatında növbəti oyunlar keçirilib


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” 23-cü turun 5 oyununda qapılara 15 qol vurulub. 3 oyunda qonaqlar, 2-sində isə ev sahibləri qalib gəlib. Şz meydanında MKT-Araz – Ədliyyəni 2-1, İnter isə Şahdağ- Samuru 2-0 hesabıyla məğlub eləyib. Bakıda, rəqib meydanında Karat Mərkəzi Ordu İdman Klubuna 3-1, Neftçi isə İnterə 3-0 hesabıyla qalib gəlib. Xəzər Lənkəran Sumqayıtda yerli Gənclərbirliyinin qapısına 5 cavabsız qol vurub.



23-cü turun qalan 3 oyunu martın 12-də keçiriləcək.





***



Martın 13-də qadınlardan ibarət Azərbaycan həndbol millisi Ukraynada təlim məşq toplanışına başlayacaq. Toplanış çərçivəsində, Kievin Spartak və Vergi Akademiyası klublarıyla yoldaşlıq oyunları planlaşdırılıb. Martın 16-da isə Azərbaycan yığması Ujqorodda 4 yığmanın iştirak elədiyi beynəlxalq turnirə qatılacaq. Azərbaycan yığmasının rəqibləri Ukrayna, Rumıniya və Slovakiyadan olan həndbolçular olacaq. Ukraynaya 14 idmançı yollanacaq. Legionerlər isə komandaya Kievdə qoşulacaq. 3 aydan sonra Azərbaycan yığması Dünya Çempionatına çıxmaq üçün Avstriya yığmasıyla pleey-off oyunlarına çıxacaq. Və bu təlim məşq toplanışının da məqsədi evdə və səfərdə keçiriləcək oyunlara yaxşı hazırlaşmaqdı.
XS
SM
MD
LG