Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:02

«ABŞ-ın çıxış strategiyası olmalıdır»


ABŞ prezidenti Barak Obama deyir ki, ABŞ-ın Əfqanıstandakı missiyasını təxirə salmaq üçün Amerikanın «çıxış strategiyası» olmalıdır.

Obama deyib ki, Əfqanıstandakı müharibəyə təkcə hərbi güc son qoymayacaq. Prezidentin sözlərinə görə onun administrasiyası Əfqanıstan-Pakistan regionunda hərtərəfli strategiyanın həyata keçirilməsinə çalışır və bura «çıxış strategiyası» da aid edilməlidir.

ABŞ prezidenti bildirib ki, Amerikanın Əfqanıstandakı əsas məqsədi Əl-Qaedanın ABŞ-a və onun müttəfiqlərinə hücum etməyəcəyinə əmin olmaqdır və bu məqsədə çatmaq üçün Əfqanıstanın iqtisadiyyatı inkişaf etdirilməli və ölkənin Pakistanla diplomatik əlaqələri yaxşılaşdırılmalıdır.
XS
SM
MD
LG