Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

Ukrayna və Avropa Birliyi liderləri qaz tranzitini müzakirə edəcəklər


Ukrayna və Avropa Birliyi liderləri martın 23-i bir araya gələrək Ukrayna təbii qazının tranzit sistemininin müasirləşdirilməsinə beynəlxalq sərmayə qoyulması məsələsini müzakirə edəcəklər. Görüş Brüsselədə keçiriləcək.

Bu ilin yanvar ayında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya ötürülməsi məsələsinə görə Rusiya və Ukrayna arasında mübahisə yaranmışdı. Mühabisə nəticəsində Avropaya ötürülən qazda iki həftə kəsik yaranmışdı.

Avropa Birliyi bəyanatında deyir ki, Ukrayna qaz tranzitinin etibarlılıq və səmərəliliyini təmin etmək üçün lazımı islahatları müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG