Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:11
Rubrikalar

Şahdəniz Qaz İxracı Layihəsi 50 faiz hazırdır


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Azərbaycan qazını dünya bazarlarına çıxaracaq Şahdəniz Qaz İxracı Layihəsi üzrə tikinti işlərinin, yəni «Şahdəniz» qaz yatağının istismarından tutmuş Gürcüstandan keçməklə Türkiyə sərhədinə qədər boru xəttinin çəkilməsinə qədər bütün işlərin ümumi həcminin yarısı artıq başa çatıb. Bu barədə layihənin rəhbəri Rob Kelli məlumat verib. Onun sözlərinə görə, gələn ilin dördüncü rübündə Azərbaycan qazının Türkiyəyə çatdırılması planlaşdırlır.

Şahdəniz Qaz İxracı Layihəsi əvvəlki qiymətindən təxminən 1 milyard dollar baha başa gələcək. Bu, dünya bazarlarında neftin qiymətinin qalxmasıyla bağlı neft-qaz sahəsində istifadə olunan materialların bahalaşması və bir sıra başqa səbəblərlə əlaqələndirilir.



Ümumdünya Ərzaq Proqramı çərçivəsində bu ilin sonuna qədər 140 min qaçqına 20 mmilyon dollar həcmində yardım göstəriləcək. May ayında isə Azərbaycana regionlardakı məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq üçün Proqramın missiyası gələcək. İndi Azərbaycana göstərilən ərzaq yardımı proqramının 2 il uzaldılması imkanları araşdırılır.



Dollar və avronun manata nisbətən ucuzlaşması davam edir. Martın 11-ə olan məlumta görə, Milli bankda bir dollar 4877 manat, bir avro isə 6547 manatdır.
XS
SM
MD
LG