Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:27

Madrid sammiti E. Hüseynovun qətli ilə bağlı müstəqil qrup yaratmağa çağırır


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Martın 11-də Madriddə keçirilən «Demokratiya, Terrorçuluq və Təhlükəsizlik» üzrə beynəlxalq sammitdə «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı bəyanat qəbul edilib.



Sammitdə iştirak edən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın verdiyi məlumata görə, bəyanat müəllifləri prezident İlham Əliyevə müraciət edərək Azərbaycanda söz azadlığını təmin etməyə çağırıblar. Onlar ölkə basçısından araşdırmaya müstəqil qrupun cəlb edilməsi üçün rəsmi sərəncam verməyi də xahiş edirlər.



Elmar Hüseynovun qətliylə bağlı istintaq qrupunun prokuroru Eldar Məcidovun sözlərinə görə, hazırkı mərhələdə yenə də ərazidə yaşayanların dindirilməsi davam etdirilir.



Eldar Məcidov onu da bildirdi ki, Amerika Federal Təhqiqatlar Bürosunun eksperti istintaqa tövsiyələrini verəndən sonra Bakıdan gedib. Sübut və faktların araşdırılması üçün ABŞ istintaqa texniki qurğularla da yardım göstərib.
XS
SM
MD
LG