Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

«Adam oğruları tapıldı»


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” «Yeni Azərbaycan» qəzeti yazır ki, builki tələbə qəbulu qaydalarına dəyişikliklər edilib. Əvvəllər ərizələrində 15 ixtisası qeyd edən abituriyentlərə bu ildən 8 fakültənin adını yazmağa icazə veriləcək.



«Adam oğruları tapıldı» başlıqlı məqalədə «Azadlıq» qəzeti yazır ki, bu oğrular DİN-dən çıxıblar.



«525-ci qəzet» yazır ki, sayğacı olmayan abonentlərin bəziləri “Azəriqaz”ın xidmətlərindən imtina edirlər.



«Bank müdirinin həyat yoldaşı girovluqdan azad edildi» məqaləsində «Üç nöqtə» qəzeti yazır ki, 14 nəfərlik cinayətkar qrupa DİN-in yüksək rütbəli zabiti rəhbərlik edirmiş.



AŞPA-da Azərbaycanı təmsil edən millət vəkilləri qoyulan tələblərə Azərbaycanda əməl olunmadığı halda təşkilatın sessiyasında iştirak etməyəcəklər. Bu haqda «Bakı Xəbər»ə açıqlama verən deputatlar yersiz basqılara məruz qalmaq istəmədiklərini deyirlər.



«Cəbhə xəttində döyüşlər intensivləşir» başlıqlı məqalədə «Xalq Cəbhəsi» qəzeti yazır ki, belə hallar həm ölkə rəhbərliyi, həm də sıravi insanlarda narahatlıq doğurur.



«Azərbaycan» qəzeti yazır ki, Qarabağ müharibəsində iştirak edən erməni döyüşçülər Ermənistan hökumətinin onlara qarşı diqqətsizliyindən gileylənirlər.



«Ayna» qəzeti yazır ki, MTN-in adam oğrularını yaxalamaq məqsədi ilə keçirdiyi əməliyyatlar DİN rəhbəliyinin nüfuzuna ciddi xələl gətirə bilər.



«Gün Səhər» qəzetinə açıqlamasında mərhum jurnalist Elmar Hüseynovun qələm dostu Şahbaz Xuduoğlu bildirib ki, qətllə bağlı Elmarı yazılarına görə təhqir edən, hədələyən məmurlar da dindirilməlidir.



«Exo» qəzeti Avropa Şurasında Azərbaycan üzrə məruzəçi Andres Herkellə müsahibə dərc edib. Cənab Herkel deyir ki, Elmar Hüseynovun öldürülməsi Azərbaycandakı daxili vəziyyətlə bağlı xoşagəlməyən təsəvvürlər yaradır.
XS
SM
MD
LG