Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:52

A. Masxadovun Bakıdakı ailəsi beynəlxalq qurumlara müraciət edib


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” 1997-ci ildə Çeçenistan prezidenti seçilən Aslan Masxadovun Bakıda yaşayan ailəsi və çeçen icması matəm mərasimi keçirib.



Təxminən 100 nəfərin iştirak etdiyi yasda səslənən əsas tələb Masxadovun cəsədinin ailəsinə verilməsi ilə bağlı idi.



Ancaq Masxadov hökumətinin Azərbaycandakı nümayəndəsi Əli Asuyevin sözlərinə görə, əsas odur ki, Aslan Masxadov öz vətənində ölüb və harada basdırılacağından asılı olmayaraq o, öz adını şəhid kimi tanıdıb.



O, Aslan Masxadovun Rusiyaya qarşı mübarizədə yeni varisinin - çeçen liderinin adının da müəyyənləşdiyini deyir.



“Əslində, bu ölümü düzgün anlatmırlar çeçen xalqına. Əslində, toy bayram olmalıdır ki, Aslan Masxadov vətən uğrunda şəhid olub. İndi Rusiya mətbuatı yalandan yazır ki, guya o, zirzəmidə uzun müddət gizlənirdi. Əslində isə, Masxadov döyüşdə həlak olub. Onu əvəz edəcək şəxsin adı da artıq açıqlanıb. İndi 100 faiz əminliklə deməsəm də, növbəti liderimiz – Abdulhamid Sadullayev olacaq. Aslan Masxadovu isə adsız qəbiristanlıqda gizli yerdə basdırsalar, bu bizi heç təəccübləndirməyəcək”.



Mərhumun oğlu Anzor Masxadov isə “Azadlıq” radiosuna beynəlxalq təşkilatlara müraciət etdiklərini deyib. Onun sözlərinə görə, cəsədin ailəyə verilməsini istəyirlər. Amma atasının ölümünə baxmayaraq, çeçen xalqının mübarizəsinin dayanmayacağını da dedi.



Ümumdünya Çeçen Konqresinin koordinatoru İsa Axyadov 30-a yaxın ölkədə və bütün Çeçenistanda hazırda yas mərasimlərinin getdiyini və martın 11-də mərasimlərin daha da genişlənəcəyini deyir.



“30 ölkədə matəm mərasimləri keçirilir. Çeçenistan Respublikası –İçkeriyada isə 260 yaşayış məntəqəsində yasdır. Aslan Masxadov itirdiyimiz üçüncü prezidentdir. Bu münasibətlə 100-dən çox ölkədən başsağlıqları almışıq.



Masxadovun cəsədinin qaytarılması üçün beynəlxalq təşkilatlara və Qafqaz Müsəlmanları İdarəsinə də müraciət etmişik. Onların bizə yardım etməsi dini borclarıdır. Həm Allahşükür Paşazadənin, həm də Azərbaycan prezidenti İlham Əliyevin bu haqda məlumatı var”.



Çeçenlərin Aslan Masxadovun ölümü ilə bağlı mərasiminə hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə yox idi.
XS
SM
MD
LG