Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14
Rubrikalar

Azərbaycanda genişekranlı LCD və plazma televizorları istehsal olunacaq...


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda və Orta Asiya respublikalarında sahibkarlara istehsal üçün texnikanı uzunmüddətli kreditlə vermək üçün - lizinqi inkişaf etdirməyə 30 milyon dollar ayırıb. Vəsait uzunmüddətli kredit şəklində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan banklarına ayrılacaq. Banklar isə həmin bu pulla orta və kiçik sahibkarlara lizinq xidmətini təşkil etmək öhdəliyini götürəcəklər. Beynəlxalq Maliyyə Korporasiyasından verilən məlumata görə, kredit sahibkarlarlıq fəaliyyətinin fəallaşması və yerli iş adamlarının texniki vasitələrlə təmin olunmasına xidmət edəcək. Beynəlxalq təşkilat lizinq sahəsində qanunvericilik bazasının da dəyişdirilməsi ilə bağlı danışıqlar da aparacaq.





Azərbaycanda genişekranlı LCD və plazma televizorları istehsal olunacaq. STAR şirkətinin Şamaxıda tikintisi başa çatmaq üzrə olan zavodunda martın sonlarından başlayaraq genişekranlı və trubkalı televizorların istehsalı ilə 200 nəfər işçi məşğul olacaq. Amma televizor zavodunun iyun ayının sonlarına nəzərdə tutulmuş açılışından sonra müəssisədə 1200 nəfər işləyəcək və gündə 1000-1500 televizor istehsal olunacaq. Star Ltd şirkətinin satış müdiri Umut Taymaz istehsal olunacaq televizorların böyük hissəsinin ixrac olunacağını deyir. Onun sözlərinə görə, bu il Azərbaycanda kondisionerin, paltaryuyan maşının və soyuducuların istehsalına başlamağı da nəzərdə tutublar.Azərbaycanda istehsal olunacaq televizorlar öz xarici analoqlarından alıcılara 30-40 faiz ucuz başa gələcək.





Azərbaycanda yuyucu maddələr zavodu 10-a yaxın məhsul istehsal etməyə başlayıb. Türkiyə kapitallı Turkuaz şirkəti 1 illik hazırlıq işlərindən sonra Azərbaycanda Bahar markası ilə sabun, qabyuyan maddə, şampunlar və digər malların istehsalına başlayıb. Turkuaz şirkətinin direktoru Ali İhsangencdən aldığımız məlumata görə, məhsullar gələn ayın əvvəlindən bazara çıxarılacaq. Bu ilin ortalarından Azərbaycan istehsallı sabun və şampunları xaricə ixrac etmək də planlaşdırılır.





Martın 10-da Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4879, 1 rubl 177, 1 avro isə 6549 manatdı.
XS
SM
MD
LG