Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

Azərbaycanda sabitliyin pozulmasında kimlər maraqlıdır?


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Son vaxtlar baş verən qətil və iri cinayyətlərə diqqət çəkən müşahidəçilər hesab edirlər ki,artıq Azərbaycanda vəziyyət gərginləşməkdədir. Ən azı sabitliyin pozulmasına çox ciddi təşəbüslər göstərilir. «Şərq-Qərb Araşdırmalar Mərkəzi»nin rəhbəri Ərəstun Oruclu deyir ki, bu prosesdə xüsusilə hakimiyyət daxili bir sıra qruplaşmaların cənfəşanlığı hiss edilməkdədir.



Ərəstun Oruclunun sözlərinə görə, Azərbaycan hökumətində Qərbpərəst qüvvələr o qədər də güclü deyil. Əksinə daha böyük qüvvə Qərblə müxtəlif sahələr üzrə problemlər yaratmaqla bütövlükdə hakimiyyəti çıxılmaz vəziyyətə salırlar.



Ərəstun Oruclu deyir ki, məlum qətil hadisəsindən əvvəl «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovla bağlı yaşanan olay da eyni prosesin tərkib hisəsiydi. Çünki o hadisələr zamanı hökmət pərəst kütləvi informasiya vəsitələrinin rollu, parlamentdə səslənən çağrışlar Elmar Hüseynovun qətlindən sonra hakimiyyəti müstəqil mətbuatı boğmağda ittiham etməyə xeyli əsaslar verir və həmin qüvvələr bunu əvvəlcədən nəzərə almışdılar.

Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də hesab edir ki, son hadisələrə ölkədə gərginlik yartamaq istəyən qüvvələrin əməlləri kimi baxmaq lazımdır. Ancaq onun sözlərinə görə, həmin qüvvələri hakimiyyət daxili qurup kimi xarakterizə etmək düzgün olmazdı. Aydın Mirzəzədənin sözlərinə görə bu xarici və ya daxildəki hər hansı başqa bir qüvvə də ola bilər.



Ərəstun Oruclu isə hesab edir ki, Elmar Hüseynovun qətlindən sonra baş verən bir sıra hadisələr başqa cür düşünmək üçün xeyli əsas verir. Təhlükəsizlik Şurasının iclasında bu qətli terror hadisəsi kimi qiymətləndirildi. Ancaq cinayyət işində terrorla bağlı maddə yoxdur. Bu isə ən azı çox qəribə görünür.



Hər halda indi sıravi ölkə vətəndaşlarının bir çoxu təhlükəsizlikləriylə bağlı narahat olmaqa başlayıblar. Hər halda Bakı küçələrində söhbət etdiymiz şəxslərin dedikləri belə düşünməyə əsaslar verir.



Eyni narahatlıqı bəzi jurnalistlərin də dilindən eşitmək mümkündür. Ayrı-ayrı müxalifət qəzetlərində şərhlərlə çıxış edən İsrayil Musayev deyir ki, Elmar Hüseynovun qətlindən sonra şəxsən onun içində daxili senzura yaranıb.

Ərəstun Oruclu deyir ki, cəmiyyətdə son vaxtlar yaranan narahatlıq hissi çox təbidir. Çünki mərhum Heydər Əliyev dövrü ilə indiki şərait xeyli fərqlidir. O vaxt hamı bilirdi Ki mühüm qərarlarla bağlı göstərişi ancaq o verir. İndi isə ölkədə Ən azı 5-10 dövlət məmuru özünü mərhum prezident kimi aparır.

Ərəstun Orucluya görə nəticədə də insanlar hər şeydən ehtiyat etməyə başlayırlar və zərbənin də onlara hansı istiqamətdən yönələcəyini bilmillər. «Şərq-Qərb Araşdırmalar Mərkəzi»nin rəhbəri hesab edir ki, son vaxtlar hakimiyyət hadisələrə nəzərt imkanını itirirməkdədir.



Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə Ərəstun Orucluyla razılaşmır.

Aydın Mirzəzadə etiraf edir ki, son vaxtlar bəzi dövlət məmurları həm parlamentdə, həm də mətbuat səhfələrində bir-birlərinə qarşı hücumlara keçmişdilər. Ancaq onun qənatinə görə prezident İlham Əliyevin son müşavirələrin birində məlum xəbərdarlığından sonra bütün bunlara son qoyulub.
XS
SM
MD
LG