Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:31

“Məshədov yoxdursa, problem də yoxdur”


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” --“Faynenşl Tayms”



Çeçen separatçılarının lideri Aslan Məshədovun ölümü son vaxtlar prezident Putin üçün ən yaxşı xəbərdir.



Məshədovun ölüm xəbəri lap yerinə düşüb: bu, Putinin reytinqini yenidən qaldırmağa kömək edəcək.



Beləliklə, Rusiyanı Məshədovla danışıqlar aparmağa çağıran Qərb diplomatlarını Kreml əlacsız qoyub.



İndi danışıqlar aparmağa adam qalmayıb: Stalin dövründə deyildiyi kimi, “adam yoxdursa, problem də yoxdur”.



Bununla belə, Putinin opponetləri düşünür ki, Məshədovun ölümü Çeçenistanda problemləri artıra və münaqişəni səngitmək əvəzinə daha da qızışdıra bilər.



Çeçenistan üzrə mütəxəssis Anna Politkovskaya deyir ki, Şimali Qafqazda səfalət və intiqam hissi gəncləri yaraqlıların sıralarına təhrik edir.



“Əvvəllər Ramzan Kadırovdan qaçan gənclərin Məshədovla Şamil Basayev arasında seçim etmək imkanı vardı. İndi isə onların belə bir imkanı yoxdur”.



--“Fiqaro”



Starsburqda Çeçenistana dair dəyirmi masaya iki həftə qalmış Moskva “sülh düşərgəsi”nə ölümcül zərbə endirib. Avropa Şurası Parlament Assambleyasının Çeçenistan üzrə məruzəçisi Andreas Qross Məshədovun qətlini doğru olaraq “sülh üçün tələ” adlandırıb.



Memorial Fondundan Aleksandr Çerkasov hesab edir ki, “Avropanın vasitəçiliyi indi çətin problemlə üzləşəcək. Axı artıq kiminlə danışıqlar aparasan? Kim Rusiyanı Şamil Basayevlə danışıqlar masasına çağırmağa cürət edəcək?”



--“Nyu York Tayms”



İçkeriyanın keçmiş prezidentinin öldürüldüyü bunker Qroznıın cəmi bir neçə kilometrliyində, Tolstoy—Yurt kəndində imiş.



Belə çıxır ki, “Məshədov on minlərlə rus hərbçisiylə dolu Çeçenistanın lap mərkəzində gizlənibmiş. Bu isə respublikada hökm sürən anarxiya və xaosdan xəbər verir”.



--“Mond”



Çeçenistanda bir çoxları şübhələnir ki, Şamil Basayev və onun İslamçı dostları Rusiya xüsusi xidmət orqanları ilə əlbirdir.



“Bu şübhələrin heç bir əsası olmasa da, fakt faktlığında qalır: Məshədovun ölümü həm Kremldə sərt xətt tərəfdarları, həm də radikal islamçıları sevincə qərq edib”.



--“Tayms”



Çeçenistanın indiki prezidenti Alu Alxanovun sözlərinə görə, Məshədov Şamil Basayevin əlində “oyuncaq” idi və Çeçenistanda vəziyyət onun sağ olub—olmamasından asılı deyil.
XS
SM
MD
LG