Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:47

Üç gündür cəbhə xəttində atəşkəs pozulur


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Martın 8-dən Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs pozulur.



Bu gün martın 10-da səhər saat 8.55-də də erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdakı bölmələri Azərbaycanın Tərtər rayonundakı mövqelərini atəşə tutub. Müdafiə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, yaralananlar var.



Mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev deyir ki, Tərtər rayonundakı mövqelərlə yanaşı dünən gündüz saatlarında Qazax və Ağdamdakı mövqelərdə də atəşkəs pozulub.



Müdafiə Nazirliyi son günlər atəşkəsin müntəzəm şəkildə pozulmasını iki səbəblə izah edir. Birinci səbəb ATƏT-in Faktaraşdırıcı Missiyasının işğal olunmuş ərazilərə səfəri zamanı Azərbaycan hökumətinin mövqeyinin təsdiqlənməsi ilə bağlıdır. Yəni, bu ərazilərdə qanunsuz məskunlaşma faktlarının təsdiqlənməsi qarşı tərəfi pis vəziyyətdə qoyub.



İkincisi, Ermənistan Silahlı Qüvvələrinin bölmələrində hərbi intizamsızlıqdır. Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev belə deyir.



Cəbhə xəttində atəşkəs martın 8-dən pozulmağa başlayıb. Son iki gündə - martın 9 və 10-da atışma baş verib. Müdafiə Nazirliyinin məlumatına görə, bu günlərdə Azərbaycan tərəfdən yaralananların sayı 4 nəfərdən çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG