Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

E. Hüseynovun qətlinin istintaqının gedişinə QHT-lər nəzarət edəcək


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqının gedişini 10 qeyri-hökumət təşkilatı da yaxından izləyərək monitorinq aparacaq.



Məqsəd qətlin üstü açılanadək ictimai nəzarəti təmin etməkdir.



Bu fikir martın 10-da Bazar İqtisadiyyatı və Sahibkarlığın İnkişafına Yardım Fondu, Beynəlxalq Şəffaflıq Azərbaycan təşkilatı, Milli Qeyri-Hökumət Təşkilatları Forumu, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi və bir sıra başqa qeyri-hökumət təşkilatlarının imzaladıqları bəyanatdandır.



Bir həftəlik müşahidələrdən sonra təkrar bəyanatla çıxış etməyə qərar verən üçüncü sektorun nümayəndələri Elmar Hüseynovun qatilinin tapılmasını və bu qətlin arxasında duranların təxirəsalınmadan ifşa olunmasını tələb edirlər.



Elmar Hüseynovun qətlini araşdıran istintaq qrupunda fransalı ekspertlər iştirak etməyəcək. Bunu isə qətli araşdıran istintaq qrupunun KİV-lə əlaqələndiricisi Eldar Məcidov bildirdi.



Cənab Məcidov mətbuatda yayılan belə məlumatları təkzib etdi. O, fransalı ekspertlərin yalnız rəhbərliklə görüşə biləcəyini, amma istintaqın işinə cəlb olunmadıqlarını bildirdi.



Eldar Məcidov Amerikadan və Türkiyədən olan ekspertlərin isə onlara texniki baxımdan yardım göstərdiklərini bildirdi.



Eldar Məcidovun sözlərinə görə, istintaq bu günə tutarlı dəlil-sübut tapmayıb.



«Monitor»un baş redaktoru Elmar Hüseynov martın 2-də yaşadığı binanın blokunda odlu silahla qətlə yetirilib. Hadisənin araşdırılması məqsədilə xüsusi istintaq qrupu yaradılıb və hökumət səviyyəsində xarici ekspertlərin dəvət olunduğu bildirilir.
XS
SM
MD
LG