Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

Bu gün 14-24-ün qonaqları reperlərdir. Mərdəkan uşaqları adlı bu qrupun üzvləri Surac, Rövşən və Eldardır...


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” - Nə vaxtdan repə maraq yaranıb?

Eldar: Əsasən 15-16 yaşlarından repə üstünlük vermişik, dinləmişik və bununla əlaqədar repə gəlmişik.

- Bəs ailədə bu seçiminizə münasibət necə olub?

Rövşən: Evdə yarı pis, yarı yaxşı.

Eldar: Evdə bizim rep oxumağımıza çox da maraq göstərmirlər.

Rövşən: Normal baxırlar.

- Musiqini də özünüz yazırsız, sözləri də, yoxsa?

Surac: Musiqini əsasən mən yazıram.

Eldar: Sözləri isə hamımız.Bir- birimizə kömək edirik söz yazmaqda.

- Qrupunuzu genişləndirmək fikriniz var?

Eldar: Fikrimiz var.

Surac: Gənc bir qız müğənni ilə duetlər oxumaq fikrimiz var.

- Gələcəkdə böyük səhnəyə çıxmaq fikriniz var?

Rövşən: Bu hələ bizim üçün qaranlıq olaraq qalır.Bunu hələ heç kəs deyə bilməz.

- Özünüzün istəyi var? Qarşınıza məqsəd qoymusunuz?

Surac: Qarşımıza məqsəd qoymuşuq.Alınsa, inşallah, yayda ilk mahnımıza- “Avtoş”a klip çəkmək fikrimiz var.
XS
SM
MD
LG