Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17
Rubrikalar

Neftçinin uşaqları Gürcüstanda brinci oldu...


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Neftçi futbol klubunun 13-14 yaşlılardan qurulan uşaq komandası Gürcüstanda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. Martın 3-də başlayan və 16 komandanın iştirak elədiyi bu turnirdə Azərbaycanı təmsil edən komandanı Gürcüstanda yaşayan Azərbaycanlılar da dəstəkləyib. İslam Kərimovun çalışdırdığı komanda ilk oyunda Kutaisi “Torpedo”sunu 2-0, sonra Tbilisi “Dinamo”sunun ikinci komandasının 6-0 yenən Neftçi Bolnisinin “Sioni” komandasıyla 1-1 hesabıyla heç-heçə edib. Yarımfinalda “Merani-91” komandasının 5-1 darmadağın edən Neftçi martın 9-da, finalda Tbilisi “Dinamosu”nu 2-1 hesabıyla məğlub eləyib.



***

Martın 9-u, gecə futbol üzrə UEFA Çempionlar liqasının 1/8 final mərhəlisinin 4 cavab görüşü keçirilib. “Juventus” 2 həftə əvvəl 1-0 hesabıyla yenildiyi Madrid “Real”ını İtaliyada qəbul edib. Oyunun əsas vaxtında 1 qol vuraraq iki oyunun nəticəsinə görə hesabı bərabərlişdirən Juve əlavə vaxtda daha bir qol vurub və keçən il olduğu kimi bu il də ulduzlar toplusu Realı mübarizədən kənarlaşdırıb.



İngiltərənin “Liverpul” klubu öz meydanında 3-1 hesabıyla məğlub elədiyi Leverkuzen “Bayer”inin qonağı olub. Bu oyunda da eyni hesabla qalib gələn Liverpul ¼ final mərhələsinə adlayıb.



Münhenin “Bavariya” komandası ilk oyunda 3-1 hesabıyla qalib gəldiyi “Arsenal”la Londonda qarşılaşıb. Arsenal oyunboyu yalnız 1 qol vura bilib, qalib gəlsə də iki oyunun nəticəsinə görə 3-2 hesabıyla qalib gələn Bavariya növbəti mərhələyə adlayıb.



“PSV-Eyndhoven” isə Hollandiyada 1-0 hesabıyla yendiyi “Monako”nu Fransada 2-0 hesabıyla məğlub etməyi bacarıb.



Bu oyunlardan sonra Çempionlar Liqasının ¼ finalına vəsiqə qazanan 7 komandanın adı müəyyənləşib. Bunlardan ikisi – “Çelsi” və “Liverpul” İngiltərəni, ikisi “Milan” və “Yuventus” İtaliyanı təmsil edir. Almaniyanın “Bavariya”, Hollandiyanın “PSV”, Fransanın “Lion” komandası da növbəti mərhələyə vəsiqə qazananlar sırasındadır. İspaniyanı təmsil edən heç bir komanda, nə “Barselona”, nə də “Real” növbəti mərhələyə çıxa bilməyib. ¼ finaldakı italyan komandalarının sayı isə arta bilər. “Milan”la eyni stadiondan istifadə edən “İnter” komandasının “Portu”yla cavab oyunu martın 15-nə təyin edilib. Öz meydanında oynayacağından, səfərdə 1-1 hesablı heç-heçəyə nail olan “İnter”in növbəti mərhələyə çıxmaq şansı daha çoxdur.



***



Martın 10-da Bakıda Taekvando üzrə Gənclər arasında Avropa Çempionatı başlanacaq. Eyni gündə Avropa və Dünya Taekvando Federasiyalarının rəhbərləri Bakıda Assambleya iclasını da keçirəcək Bu turnirdə 26 Avropa şlkəsindən 400-ə yaxın oğlan və qız taekvandoçu iştirak edəcək. Bundan əlavə Bakıya Avropa və beynəlxalq taekvando federasiyalarının rəsmiləri və beynəlxalq hakimlər də gələcək. Avropa Çempionatı Beynəlxalq Taekvando federasiyası ilə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə təşkil edilib. Və idmançıların yerləşdirilməsi xərclərinin də böyük hissəsini Azərbaycan tərəfi öz üzərinə götürüb. Azərbaycan taekvandoçuları ilin əvvəlindən etibarən bu yarışa xüsusi proqramla hazırlaşıblar və komanda hesabında qələbəyə iddialılar sırasında göstərilir. Gənclər, İdman və Turizm Nazirliyinin sözçüsü Raqif Abbasov.



Yarışlar hər gün səhər saat 10-da başlanacaq və hər gün 3 çəki dərəcəsində keçiriləcək. Qaydalara görə 9 çəki dərəcəsində keçirilən yarışlar günlərə bölünüb və hər yarış günü 3 çəki dərəcəsində qaliblər bəlli olacaq. Gənclər arasında Avropa Çempionatı bazar günü başa çatacaq.
XS
SM
MD
LG