Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:50

M. Abbaszadə Qərb rayonlarında təhsilin səviyyəsindən narazıdır


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” “2004-cü ildə ali məktəblərə tələbə qəbulu zamanı əksər bölgələrdən olan abituriyentlərin yarıdan çoxu 100-dən aşağı bal toplayıb. Hətta elə rayonlar var ki, onlarla məktəbdən bir nəfər də olsun məzun ali məktəb tələbəsi olmayıb”.



Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Gəncədə keçirdiyi zona müşavirəsində deyib.



Komissiya sədrinin sözlərinə görə, Gəncə Təhsil Şöbəsi tələbə qəbulu üzrə yüksək nəticə göstərmiş rusdilli məktəblərin reytinq cədvəlində 9-cu yerdə getsə də, Azərbaycan dilli məktəblərin reytinq cədvəlində ilk onluğa düşməyib.



Məleykə Abbaszadə şagirdlərin biliyinin düzgün qiymətləndirilməsində problemlərin olduğunu da söylədi. Belə ki, əlaçı kimi ərizə verən 5 mindən çox məzunun 579-u 0-100 arası bal toplayıb. Orta məktəbdə biliyi 3-4 qiymətləndirilənlərin də 34 faizi qəbul imtahanından kəsilib. Ancaq orta məktəbi aşağı qiymətlə bitirən 20 nəfər məzun ali məktəbə qəbul zamanı çox yüksək nəticə göstərib.



Qəbul Komissiyasının sədri 0-100 arası bal toplayan abituriyentlər üzrə şəhər və rayonlar arasında müqayisə apardıqlarını da bildirib. Bu cədvəl üzrə Tərtərdən gələn abituriyentlərin 61, Xanlardan 57, Gəncədən 41, Daşkəsəndən isə 55 faizi 0-100 arası bal toplayıb.



Məleykə Abbaszadə 2004-cü ildə ötən illərlə müqayisədə tələbə olmaq istəyənlərin çox olduğunu, amma kəmiyyətin keyfiyyətə heç bir təsir göstərmədiyini diqqətə çatdırıb.
XS
SM
MD
LG