Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:35

Quba—Xaçmaz bölgəsində maye qaz çatışmır


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Quba—Xaçmaz bölgəsində sürücülər və sahibkarlar maye qazla işləyən yanacaq doldurma məntəqələrinin fəaliyyətsizliyindən narazıdırlar.



Xaçmaz-Bakı yolunda söhbət etdiyimiz sürücülər belə dedilər. Xaçmaz sakini Rövşən Məmmədov bildirdi ki, maye qazla işləyən avtomobillərin sürücüləri ciddi çətinliklər çəkirlər. Artıq xeyli vaxtdır ki, yanacaq doldurma məntəqələrinə maye qaz gətirilmir.



Martın 8-də məntəqələrin işə başlayacağı bildirilsə də, deyilənlər yalan çıxıb. Digər sürücülər də bizimlə söhbətlərində yaranmış vəziyyətin onların maddi durumlarına ağır təsir göstərdiyini qeyd etdilər.



Araşdırmalar zamanı öyrəndik ki, Quba və Xaçmaz rayonlarında 2, Qusar rayonunda isə 1 maye qazla işləyən yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Artıq xeyli müddətdir ki, bu obyektlər sürücülərin üzünə bağlıdır.



Quba və Qusar icra hakimiyyətlərindən bizə bildirdilər ki, yanacaq doldurma məntəqələrinin işləməməsi Bakıdakı maye qaz emalı zavodunun təmiri ilə əlaqədardır. Zavod işə düşən kimi problem aradan qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG