Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

Jurnalistlərin mitinqi niyə təxirə salındı?


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Jurnalist təşkilatlarının rəhbərləri bunu bir neçə səbəblə izah edirlər. Əsas səbəblərdən biri odur ki, Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə verməyib. Daha bir əsas səbəb isə mərhum Elmar Hüseynovun atası Sabir Hüseynovun mitinqi oğlunun ruhuna hörmətsizlik kimi qiymətləndirməsi olub. Azərbaycan Jurnalistələri Konfederasiyasının rəhbəri Azər Həsrət deyir ki, Elmar Hüseynovun atasının belə bir bəyanat verməsi onları çox çıxılmaz vəziyyətə salıb və nəticədə də onlar qərarı dəyişmək məcburiyyəti qarşısında qalıblar.

Bakı şəhər İcra Hakimiyyətinin redaktorlara göndərdiyi cavabda isə deyilir ki, kütləvi aksiyalar ölkədə gərginliyin artmasına səbəb ola bilər. Redaktorların sözlərinə görə, şəhər rəhbərliyi ilə görüşdə rədd haqda cavab təkcə ölkədə gərginliyin arta biləcəyi ilə yox, həmçinin Sabir Hüseynovun mövqeyi ilə də izah edilib. Yəni, redaktorlara bildirilib ki, mərhumun atası da mitinqin keçirilməsinin əleyhinədir. Sabir Hüseynov isə oğlunun 7-siylə bağlı mərasimdə jurnalistlərə mitinqə razı olub-olmamasıyla bağlı heç nə deməyib. Baxmayaraq ki, bir neçə gün əvvəl onun bir sıra tele-kanallarda mitinqin əlehinə olması haqda fikirləri yayılmışdı. O, martın 9-da, Elmar Hüseynovun 7-də bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə mitinqə icazə verilməməsi üçün heç bir müraciyyəti olmayıb.

Mərhumun atasının dilindən son günlər bu məsələylə bağlı bir-birindən fərqli bəyanatların səslənməsini Elmar Hüseynovun xanımı Rövşanə Hüseynova qaynatasına təziqlərlə izah edir. Rövşənə Hüseynovanın sözlərinə görə, məhz təziqlər nəticəsində Sabir Hüseynov bir qədər əvvəl belə fikirlər səsləndirməli olub.

Tək Rövşanə Hüseynova yox, Redaktorlar Birliyinin bəzü üzvləri də gətirlən arqumentlərə qarşı çıxırlar.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Azər Ayxan deyir ki, mitinq haqda qərar dəyişməməliydi.

Onun sözlərinə görə, bu təkcə Hüseynovlar ailəsinin problemi deyil. Əslində buna heç mətbuatın problemi kimi də baxmaq olmaz. Bu bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir.

«Monitor» jurnalının redaktor müavini Eynulla Fətullayev də mitinqin təxirə salınmasının əleyhinə olub. Onun sözlərinə görə, əslində Redaktorlar Birliyinin əksər üzvləri həkimiyyətpərəst qəzetlərin təmsilçiləri olduğundan qərar dəyişidirilib. Onlar da belə bir şəraitdə mətbuatın özündə parçalanmalar yaranmasın deyə çoxluqun mövqeyi ilə razılaşmalı olublar.

«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu da hesab edir ki, mitinqin təxirə salınması məsələsmində Elmar Hüseynovun atasının adının hallanması Redaktorlar Birliyinin bəzü üzvülərinin məsuliyyətdən yayınmaq istəyi kimi yozula bilər. Azər Rəşidoğlnun sözlərinə görə, Redaktorlar Birliyinin əksər üzvülərinin bü vaxta qədər ki fəaliyyəti əslində Elmar Hüseynovun mübarizə apardığı ideyyalara qarşı çıxmaq olub.

«Ayna» qəzetinin şərhçisi qeyd edir ki, Elmar Hüseynovun qatillərinin tapılıb cəzalanmasında hakimiyyət məsuliyyət daşıdığı kimi, bütövlükdə cəmiyyət də məsuliyyət daşıyır. Əgər cəmiyyət bu məsuliyyəti dərk etməsə qatillərin tapılması çox çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG