Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:36

Azərbaycan ailəsində zorakılıqdan müdafiə ili elan olundu


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Bir neçə qeyri-hökumət təşkilatı bir araya gələrək Azərbaycan ailəsində zorakılıqdan müdafiə elan etdi. Başqa ölkələrlə müqayiəsədə Azərbaycanda vəziyyət o qədər dramatik olmasa da, hər halda həftədə bir və ya iki nəfər ailə münaqişələrinin qurbanı olur. Bunu Azərbaycan ailəsində zoraklıqdan müdafiə ilinin elan olunmasının təşəbbüskarı «Təmiz dünya» İctimai Birliyin rəhbəri Mehriban Zeynalova deyir. Amma o bir məqamı vurğulayır ki, bu sadəcə, onların təqdim etdiyi rəqəmdir. Vəziyyətin daha dəqiq konturlarını cızmaq çox çətindir. Çünki Azərbaycanda ailədaxili zorakılıqla bağlı nəinki tədqiqatlar aparılmayıb, heç belə halların statistikası, qeydiyyatı da yoxdur. Əvvəla hüquq-mühafizə orqanları ayrıca bu statistikanı aparmır, ikincisi, adət-ənənələr vətəndaşların polisə müraciətinə mane olur.



Rəsmi rəqəmlər olmadığından «Təmiz Dünya» İctimai Birliyi bir illik monitorinq zamanı əsasən 34 adda olan kütləvi informasiya vasitələrindən, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının topladığı məlumatlardan istifadə edib. Tədqiqat zamanı gəldikləri nəticə isə belədir ki, ailə daxili zorakılığın səbəbləri əsasən qısqanclıq və tamahkarlıqla bağlıdır.



Zorakılığın səbəbələri kimi onun qurbanları da müxtəlifdir: ahıllar, uşaqlar, qadınlar və kişilər. Mehriban Zeynalovanın müşahidəsinə görə, qurbanların, yəni ölən və ya şikəst olanların çoxu qadınlardır. Yalnız qısqanclıq zəminində il ərzində 43 qadın öldürülüb, 11 nəfər bədən xəsarəti alıb. Məişət zəminində mübahisələr nəticəsində isə 17 qadın qətlə yetirilib. Mehriban Zeynalova deyir ki, acınacaqlısı son zamanlar hamilə qadınların öldürülmə hallarının artmasıdır. Yalnız hamilə olduğu üçün öldürənlərin sayı isə yeddi nəfərdir.



Mehriban Zeynalova onu da xüsusi vurğulayır ki, onlar sadəcə, ailədaxili münaqişələr zamanı dünyasını dəyişən, şikəst olanlar haqqında məlumatları toplayıblar. Halbuki bədbəxt hadisə ilə nəticələnməsə də, psixoloji zorakılıqla üzləşənlərin və bu əzabla yaşayanların da sayı az deyil.



Praktik psixologiya ilə məşğul olan Azad İsazadənin dediyinə görəsə, ona müraciət edənlərin əksəriyyəti ailədaxili zorakılqıdan şikayət edirlər. Ələlxüsus da qadınlar.



BMT-nin Qadınlar üçün İnkişaf Fondunun Cənubi Qafqaz üzrə layihəsinin milli əlaqələndiricisi Gülşən Paşayeva isə deyir ki, ailədə zorakılıq bir neçə insanın eyni anda taleyinin sınıdırılmasıdır. Bu məsələ yalnız kiminsə öldürülməsi və şikəst olması ilə bitmir. Hadisələr uşaqların gözü qarşısında baş verir və olnlarla həmişə bu yüklə yaşayırlar. Gülşən Paşayevanın qənaətincə, nə uşaqların, nə qadınların, nə də kişilərin zorakılığa məruz qalmasına icazə verilməməlidir.



Mehriban Zeynalovanın sözlərinə görə, onlar Azərbaycan ailəsində zorakılqıdan müdafiə ilində bütün qeyri-hökumət təşkilatlarının, hökumətin birgə ciddi addımlar atmasına çalışacaqlar. Vətəndaşlar arasında təbliğatı gücləndirəcəklər. «Ailədə baş verən zorakılıq fərdin problemi deyil, insan hüquqlarınn tapdanmasıdır!»



Mehriban Zeynalova ailədaxili zorakılıqla bağlı 79 ölkədə qanuni bazanın yoxluğunu və Azərbaycanın da onların sırasında olduğunu deyir. O üzdən də təşəbbüs müəllifləri Milli Məclisə müraciət edərək bu sahədə hüquqi bazanın yaradılmasına çalışacaqlar. Ona görə də onlar ailədə zoraklıqdan müdafiə ilinin 2005-ci ildə başa çatacağını, bu yöndə görüləcək işlərin yekunlaşacağını düşünmürlər. Bu işin növbəti illərdə də davam edəcəyini bildirirlər.
XS
SM
MD
LG