Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

«Dövlət Neft Şirkətində 4 min işçi işdən azad edilib»


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı

«Bizdə olan məlumata görə, ötən ilin oktyabrından indiyə qədər Dövlət Neft Şirkətindən minimum 4 min işçi işdən azad edilib».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, Şirkətdə işçiləri müxtəlif yollarla işdən azad edirlər:

«Təqaüdçüləri məcbur edirlər ki, işdən çıxma ərizəsi yazsın və onları bu yolla çıxarırlar. 10-15 illik müqaviləsi olan adamlarla isə yenidən 3-4 aylı müqavilə bağlayıb onları işdən azad edirlər».

M.Qəhrəmanlı deyir ki, Dövlət Neft Şirkətində (DNŞ) Əmək Məcəlləsinin başqa bir sıra normalarına da əməl edilmir:

«Belə ki, işdən çıxarılan işçiyə 2 ay qabaqcadan xəbərdarlıq edilməlidir və 1 ona aylıq işdənçıxma kompensasiyası ödənməlidir. Ancaq buna da əməl edilmir».

M.Qəhrəmanlı bu ilin aprelində DNŞ-də növbəti ixtisarların gözlənildiyini də bildirir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev AzərTAc-a deyib ki, işçilərini ixtisar etmək fikrində deyil. R.Abdullayev həmçinin deyib ki, şirkətdə əməkhaqlarının azaldılması barədə söhbət gedə bilməz, lakin maaşların artımı da hələlik gözlənilmir. R.Abdullayevin sözlərinə görə, ARDNŞ vəsaitlərin qənaət edilməsini, neft və qaz hasilatının artırılmasını nəzərdə tutan antiböhran proqramı hazırlayaraq artıq onu həyata keçirməyə başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG