Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:08

Sərhədsiz Reportyorların komissiyası Bakıya gəlir


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Sərhədsiz Reportyorlar Təşkilatının beynəlxalq komissiyası gələn həftə Elmar Hüseynovun qətlini araşdırmaq üçün Bakıya gələcək.



Bu haqda “Azadlıq” radiosuna məlumat verən təşkilatın Avropa bölməsinin başçısı Paskal Bonnamur prezident İlham Əliyevə bu haqda məktub göndərdiklərini deyir.



Xanım Bonnamurun sözlərinə görə, prezident hələ ki, məktuba heç bir cavab verməyib. Amma buna baxmayaraq, 3 nəfərlik qrup Azərbaycana gəlməyə hazırlaşır.



“Elmar Hüseynovun qətlindən dərindən sarsılmışıq. Dərhal Azərbaycan prezidentinə beynəlxalq komissiyanın yaradılması haqda məktub göndərdik. Ancaq indiyədək cavab almamışıq. Amma yenə də təşkilatımızın başçısı Rober Menar İlham Əliyevlə görüşmək istəyir. Amma onun gəlməyi hələ də Azərbaycan prezidenti ilə görüşün olub—olmamasından asılıdır”.



Sərhədsiz Reportyorlar Təşkilatının nümayəndəsi Paskal Bonnamurun dediyinə görə, beynəlxalq komissiyanın işinin əsas iki məqsədi var. Birincisi, mərhum Elmar Hüseynovun bütün yaxınları, media təşkilatları və ictimai liderlərlə görüşdükdən sonra real vəziyyət haqda bütün dünyanı məlumatlandırmaq; ikincisi isə, tərəfsiz və müstəqil araşdırma aparmaq.
XS
SM
MD
LG