Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:47

Bakıda 198 müəssisədə nöqsanlar aşkar olunub


Nöqsanların aradan qaldırılması üçün müəssisələrə 109 iradnamə verilib
Nöqsanların aradan qaldırılması üçün müəssisələrə 109 iradnamə verilib
Ötən ildə Bakı şəhərində aparılan monitorinqlər nəticəsində 198 müəssisədə nöqsanlar aşkar olunub Bunlardan 115-i yeyinti məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektləridir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzərTAc-a belə deyiblər.

Nöqsanlar kolbasa məmulatları, süd məhsulları, çörək və çörək məmulatları, alkoqolsuz içkilər istehsalı ilə məşğul olan müəssisələrdə daha çox müşahidə olunub.

Komitədən bildiriblər ki, müəssisələr lazımi avadanlıqla təchiz edilməmiş, məhsullar normativ sənədsiz, texnoloji təlimat və reseptura olmadan istehsal olunmuş, məhsulların markalanması zamanı ciddi nöqsanlara yol verilmişdir.

İstehsal olunan məhsulların mütəmadi analizlərinin aparılması üçün həmin müəssisələrdə sınaq bölmələri yoxdur və akkreditasiya olunmuş laboratoriyalarla müqavilə də bağlanmayıb.

Nöqsanların aradan qaldırılması üçün həmin müəssisələrin rəhbərlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada 109 iradnamə verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən deyiblər ki, monitorinqlər davam etdirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG