Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00
Rubrikalar

Azərbaycan bankları gələcək denominasiya zamanı problemlır yarana biləcək texniki problemlərin həlli üçün işçi qrup yaradıblar


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Azərbaycan bankları gələcək denominasiya zamanı problemlır yarana biləcək texniki problemlərin həlli üçün işçi qrup yaradıblar. On minlərlə adam əmək haqqlarının və pensiyalarının bankomatlardan aldığı üçün yeni və köhnə pul əskinasları ilə problem yaranmamalıdı. Em-Pi-Ey gentliyinin məlumatına görə, Azərbaycan Banklar Assosiasiyası nəznində yaradılan qrup banklara martın 20-dək ümumiləşdirilmiş təkliflər təqdim edəcək. Gələn ildən manatın 5000 dəfə denominasiyasının texniki problemini müzakirə edən işçi qrupa 4 bank, Azərbaycan Banklar Assosiasiyası və “Azərikard” şirkəti daxil edilib.





Gürcüstan elektrik enerjisi almaq üçün Azərbaycana müraciət edib. Yüksəkgərginlikli Kavkasioni xəttində martın 3-də sürüşmə nəticəsində qəza baş verdikdən sonra qonşu respublikaya Rusiyadan enerji ötürülmür. İlkin qiymətləndirmələrə əsasən qəzanı ən tezi 3 həftə ərzində aradan qaldırmaq mümkün olacaq. Buna görə də Gürcüstan Azərbaycan və Türkiyədən əlavə enerji almaq üçün danışıqlar aparır. “Azərenerji” səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Kazımzadə isə belə müraciət haqqında məlumatlarının olmadığını deyib. Kavkasioni yüksəkgərginlikli elektrik xəttinin qəzası nəticəsində Gürcüstan sutkada 350 Mvatt enerjini itirib.





Dövlətin sahibkarlara ayırdığı kreditlərin qaytarılma müddəti uzadıldı. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, iş adamlarına verilən iri məbləğli kreditlərin müddəti 5 ildən 8 ilədək uzadılıb. Belə kreditlər əsasən yeni iş yerləri yaradan və xarici şirkətlərlə münasibətdə rəqabətqabiliyyətli məhsullar istehsal edə biləcək müəssisələrə veriləcək. Bir müddət əvvəl nazirlik sahibkarlara ayrılacaq dövlət kreditlərinin məbləğini 1 milyon dollaradək artırıb. Nazirlik Asiya İnkişaf Bankı ilə mikrolayihələr və kənd layihələrində sahibkarlara kredit şəklində vermək üçün 25 milyon dollarlıq kredit sazişi də imzalayacaq.







Martın 9-da Milli Bankdan aldığımız məlumata görə, 1 rubl 176 manat, 1 avro isə 6514 manatdı. Dollar yenə də ucuzlaşıb və sonuncu dəfə 2002-ci ilin iyulunun 18-də olan məzənnəyə düşüb. 2 manat ucuzlaşan ABŞ valyutası indi - 4882 manatdı.
XS
SM
MD
LG