Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:56

Atəşkəs yenidən pozulub


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Martın 9-da Tərtər rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs yenidən pozulub.



Yerli sakinlərin sözlərinə görə, erməni qoşunları işğal altında olan mövqelərindən Azərbaycan ordusunun Tərtər rayonundakı mövqelərini gün ərzində 3 dəfə müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan ordusunun bir nəfər əsgəri yaralanıb.



Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiq edib.



İstefada olan polkovnik--leytenant Üzeyir Cəfərovun fikrincə, atəşkəs uzun müddətdir pozulur. Sadəcə, Müdafiə Nazirliyi son zamanlar bu haqda məlumatları gizlətmir.



Üzeyir Cəfərov bunun növbəti hərbi çağırış və parlamentdə səfərbərlik haqda qanunun müzakirəsi ilə də bağlı olduğunu istisna etmir.



Aətəşkəs eyni istiqamətdə martın 8-də də bir neçə dəfə pozulub və bu zaman 4 Azərbaycan əsgəri yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG