Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:23

10 ölkədə Asiya bankı hesabına təhsil almaq olar


Səs: Real audio
“Paytaxtın inşasında fəhlələr tələf olur” Xaricdə oxumaq istəyənlərin üzünə Asiya, Şimali Amerika və Avstraliyanın da qapıları açılır. Bu imkanı yaradan Asiya İnkişaf Bankı və Yaponiyanın birgə proqramıdır. Bu proqrama görə tələbələr iqtisadi, maliyyə, elm və texnologiya və bunlarla bağlı digər sahələr üzrə 10 ölkənin 20 universitetində oxuya bilərlər. Ən əsası isə heç bir pul ödəmədən. Ölkələrə gəlincə isə bura Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya, Pakistan, Fillipin, Sinqapur, Tailand və ABŞ aiddir. Proqram yalnız 300 tələbənin təhsil almasını təmin edir, odur ki, tələsməyə dəyər. Bəzi universitetlərə sənədlərin göndərilməsi üçün son müddət elə bu ay, bəzilərinə isə bu ilin dekabr ayında bitir. Hansı sənədlərin tələb olunduğu haqda daha ətraflı məlumat əldə etmək istəyirsinizsə www.adb.org saytına baxa bilərsiniz.
XS
SM
MD
LG