Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:24

Sərhəddə əsgər yoldaşını güllələyib


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Martın 8-də saat təxminən 11.30 radələrində Azərbaycan Sərhəd Qoşunları Xudat sərhəd dəstəsinin Müxtədir qəsəbəsində yerləşən zastavasında ağır cinayət hadisəsi baş verib.



Füzuli rayonundan olan sıravi sərhədçi Elvin Quliyev Bakı şəhəri Nəriman Nərimanov rayonundan olan əsgər yoldaşı Rəmzi Əhmədovu avtomat silahdan atəş açaraq qətlə yetirib.



Bundan sonra Köhnə Xaçmaz kənd sakini Məzahir Abbasovun maşını ilə qaçmağa cəhd göstərib.



Xaçmaz şəhərinin girəcəyində “Arif” şadlıq sarayının qarşısında Rayon Polis Şöbəsinin rəis müavini Ramazan Kərimovun başçılıq etdiyi əməliyyat qrupu “Kamaz” maşınları ilə Bakı—Rostov yolunu bağlayıb.



Birbaşa hadisə yerindən bizə verilən məlumata görə, qaça bilmədiyini görən Elvin polislərə atəş açıb. Sonra is intihar məqsədilə özünü güllələyib.



Atışma zamanı Ramazan Kərimov güllə yarası alıb, Elvin Quliyev isə ağır yaralı halda Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirilib.



İlkin müayinə zamanı onun çiynində başqa bir güllə yarası da aşkar edilib.



Rayonun bütün güc strukturları hədisə yerində olublar. Təhqiqat aparılır. Bu məlumatı Xaçmaz Rayon Polis Şöbəsindən də təsdiqlədilər.



Saat 14 radələrində Xaçmaz Mərkəzi Xəstəxanasından məlumat aldıq ki, Elvin Quliyevin üzərində cərrahiyə əməliyyatı aparılıb. Həkimlər onun sağ qalacağı barədə rəy veriblər.
XS
SM
MD
LG