Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:04

Səudiyyə Ərəbistanı və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Azərbaycan prezidenti İlham Əliyevin martın 8-də səfər etdiyi Səudiyyə Ərəbistanı Qarabağ problemin həllinə yanaşmada Azərbaycanın mövqeyini dəstəkləyir, işğal olunmuş torpaqların dərhal azad olumasını tələb edir. Bu ölkənin Azərbaycandakı səfiri Əli Həsən Cəfər «Azerbaydjanskie novosti» qəzetinə verdiyi müsahibədə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycana görə Ermənsitanla diplomatik əlaqələr qurmayan Türkiyə və Paksitanla yanaşı üç ölkədən biridir. Səfirin sözlərinə görə, hətta Ermənistan vasitəçilərin köməyilə Səudiyyə Ərəbistanına diplomatik əlaqələr qurmağı təklif edib, amma onun ölkəsi qəti şəkildə bundan imtina edib. Əli Həsən Cəfər deyib ki, belə əlaqələrin qurulması Səudiyyə Ərəbistanının da təmsil olunduğu İslam Konfransı Təşkilatının Ermənstanın təcavüzünü pisləyən qərarına zidd olardı. Millət vəkili Aydın Mirzəzadə deyir ki, dini faktorla yanaşı iki ölkə arasında əlaqələrin sıxlaşmasına digər amillər də öz müsbət təsirini göstərir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İslam ölkələrinin qurduğu maliyyə qurumlarında söz sahibidir və iqtisadiyyatının yenidən qurulmasına çalışan Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün güzəştli kreditlərin alınması vacibdir.

Amma Aydın Mirzəzadədən fərqli olaraq politoloq Xaləddin İbrahimli hesab edir ki, iki ölkənin yaxınlaşması sadəcə, son prezident seçkilərindən sonra Qərbin demokratiya ilə bağlı təzyiqlərinə tuş gələn Azərbaycan hakimiyyətinin Şərq ölkələri ilə münasibətləri istiləşdirmək cəhdidir. Onun fikrincə, Azərbaycan hakimiyyəti özünə uyğun olan avtoritar rejimlərlə münasibətlərə üstünlük verir.

İndi Səudiyyə Ərəbistanı Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşları sırasına daxil deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ölkədən Azərbaycana əsasən neft məhsulları, polietilen və ərzaq gətirilir, amma bunların bütövlükdə xarici ölkələrdən Azərbaycana gətirilən mallarda payı 1 faizdən də azdır. Azərbaycandan Səudiyyə Ərəbistanına olan ixracın həcmi isə çox cüzidir. Bundan başqa Səudiyyə Ərəbistanının «Amerada hess» şirkətinin «Əsrin müqaviləsi»ndə payı var. Bir müddət əvvəl həmin şirkətin öz payını satmaq niyyətində olmasıyla bağlı məlumatlar yayılmışdı. Amma Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfər bunu təkzib edib. Bir neçə ay əvvəl isə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq haqqında saziş imzalanıb. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri «Azerbaydjanskie izvestiya» qəzetinə verdiyi müsahibdə deyib ki, son illər iki ölkə arasındakı ticarət dövriyyəsində artım olsa da, iqtisadi əlaqələrin səviyyəsi daha yüksək ola bilər. Səfir deyib ki, onun ölkəsi Azərbaycana daha çox sərmayə qoymaq istərdi, amma Azərbaycanda bəzi qanunların hələ ki qəbul edilməməsi buna mane olur. İqtisadçı ekspert Azər Mehdiyev bildirir ki, Azərbaycanda xarici sərmayələrin, o cümlədən Səudiyyə Ərəbistanından sərmayələrin artması qarşısında əsas əngəl xarici investisiyaların qorunması ilə bağlı qanunvericiliyin zəif olmasıdır. O xatırladıb ki, Azərbaycan hökuməti xarici sərmayələrin qorunması haqqında yeni qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etsə də, həmin sənəd beynəlxalq maliyyə qurumlarının tənqidinə tuş gəlib.

«Turan» agentliyinin məlumatına görə, İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında və başqa sazişlərin imzalanması gözlənilir. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfər isə ümid edir ki, bu sənədlər hər iki ölkənin biznesmenləri üçün geniş imkanlar açacaq.
XS
SM
MD
LG