Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:33
Rubrikalar

Gürcüstan Tbilisidəki fond birjasının Cənubi Qafqaz birjasına çevrilməsini təklif edib


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Gürcüstan Tbilisidəki fond birjasının Cənubi Qafqaz birjasına çevrilməsini təklif edib. Bu barədə Gürcüstanın Sakartvelo agentliyinə məlumat verən iqtisadiyyat nazirinin birinci müavini Natiya Turnava Azərbaycan və Ermənistan hökümətlərinədə bu yaxınlarda birja ilə bağlı müraciət olunduğunu deyib. O, Qafqaz birjasının gələcəkdə beynəlxalq donorlardan maliyyə dəstəyi də ala biləcəyini vurğulayıb. 1991-ci ildə yaradılan Tbilisi fond birjası o zaman Qafqazda yeganə olduğundan ilk illər hər üç Cənubi Qafqaz ölkəsi üçün birja rolunu oynayıb.





Hesablama palatası uşaq evlərində yoxlamalar aparacaq. Audit tədbirləri Bakıdakı 1, 2 və 3 saylı uşaq evlərində, o cümlədən Gəncə, Şəki və Lənkəran uşaq müəssisələrində həyata keçiriləcək. Çünki məhz bu təhsil müəssisələrində baş verən pozuntular haqqında Palataya məlumat daxil olub. Əsasən dövlət büdcəsinin təhsil xərcləri bölməsi üzrə ayrılan vəsaitlərin istifadəsi zamanı yeynitilərin olub-olmaması və ümumiyyətlə pulun təyinatına görə, sərf olunması araşdırılacaq. Bundan əvvəl Nəqliyyat Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi Hesablama Palatasını yoxlama üçün idarəyə buraxmayıb. Statistika Komitəsi və bəzi yerli icra hakimiyyətlərini yoxlayan Palatanın maliyyə pozuntuları aşkarladığı bildirilir.





Asiya İnkişaf Bankı Azərbaycanın qərb bölgəsində yol tikintisini maliyyələşdirəcək. Vəsait əsaəsn Tovuz şəhəri ətrafında dövrəvi yolu tikintisi ilə bağlı mühındis işlərinin görülməsinə sərf olunacaq. Hazırda bu işlərin görülməsi üçün tender élan olunub və artıq bu ilin aprelin sonlarında işlərin başlayacağı da planlaşdırılıb.





Martın 8-də Milli Bankın təqdim etdiyi son məlumata görə, 1 ABŞ dolları 4885 manat, Rusiya rublu 176 manat, avro isə 6464 manatdı.
XS
SM
MD
LG