Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Elmar Hüseynovun qətlindən qabaq “Monitor”un redaksiyasına naməlum adamlar gəlib


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” İstintaqın gedişinə Amerika, daha sonra isə Türkiyə süsusi xidmət mütəxəssislərinin qoşulmasına baxmayaraq, hələlik əsas iş cinayətkarın təxmini şəklinin – fotorobotunun üzərində gedir. Martın 7 axşam fotorobot axır ki, hazırlanıb və bu gündən polis orqanlarına paylanıb. Amma bu fotorobot mərhum Elmar Hüseynovun həyat yoldaşının verdiyi ifadələrə əsasən hazırlanıb. Yəni əsas şübhəli kimi hələlik Elmarı qətldən əvvəl axtaran Vüsal adlı bir şəxs götürülüb. Amma mərhumunun yaxınlarının dediyinə görə, qətldən əvvəl Monitor jurnalının redaksiyasına da naməlum şəxslər gələrək Elmar Hüseynovu axtarıb. Respublika Prokurorluğunun nümayəndəsi Eldar Məcidov əsas versiyanın Vüsalla bağlı olduğunu, amma jurnalın redaksiyasına gələn adamlar barədə xəbərsiz olduğlarını deyir. Onun sözlərinə görə, hazırda parallel olaraq 10-15 versiya araşdırılır.

Mərhum Elmar Hüseynovun dostu, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu istintaq orqanlarının gördüyü işdə müəyyən formallığın olduğu və bəzi versiyaların ümumiyyətlə işlənmədiyini deyir. Misal üçün, onun sözlərinə görə, “Monitor” jurnalının redaksiyasına qətldən qabaq gələn naməlum adamları görənlər olub. Şahbaz Xuduoğlunun sözlərinə görə, bu fotorobot da hazırlanmalıdı.

“Monitor” jurnalının əməkdaşı Eynulla Fətullayevin isə gedən istintaqa baxışı bir az fərqlidir. Onun fikrincə qatili tapmaq artıq mümkün olmayacaq, çünki böyük ehtimal var ki, o da öldürülüb. Eynulla Fətullayev indi sifarişçini axtarmağın lazım olduğunu deyir.

Hazırda mərhum Elmar Hüseynovun qətlinin araşdırılması üzərində Azərbaycandan böyük istintaq qrupu, 1 ABŞ Federal Təhqiqatlar Bürosu və 4 nəfər türkiyə mütəxəssisi işləyir. Fransadan göndərilən xüsusi xidmət orqanlarının nümayəndələrinin martın 9-da Bakıya gələrək araşdırmaya qoşulması gözlənilir. Fransanın Azərbaycandakı səfiri bildirib ki, onlar prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin xahişi ilə prosesə dəvət olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG