Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36
Rubrikalar

Yaponiyanın Naqano şəhərində əqli cəhətdən qüsurlu idmançıların Xüsusi Olimpiya Oyunlarında Azərbaycan xokkeyçiləri bürünc medal qazanıb


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Yaponiyanın Naqano şəhərində əqli cəhətdən qüsurlu idmançıların Xüsusi Olimpiya Oyunlarında Azərbaycan xokkeyçiləri bürünc medal qazanıb.

Zalda keçirilən xokkey üzrə Azərbaycan milli komandası üçüncü yer uğrunda görüşdə İsveçə 6:1 hesabı ilə qalib gələrək bürünc medallara sahib olub. Naqano olimpiadasında yarışan Azərbaycan xokkey yığması turnirin ən gənc komandası olsa da, 5-ci diviziondan medallar uğrunda mübarizəyə qədər irəliləyə bilib. Döşəmə üzərində xokkey üzrə Azərbaycanın əqli cəhətdən əlillərdən qurulan komandası 1997-ci ildə keçirilmiş Xüsusi Olimpiadada gümüş, 2001-ci ildə isə bürünc medal qazanmışdı.



***

Bazar ertəsi futbol üzrə 13-cü ölkə kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Bakının “Neftçi” komandası öz meydanında həmşəhərliləri “İnter”lə, Sumqayıtın “Gənclərbirliyi” isə İmişlinin “MKT-Araz” komandasıyla qolsuz heç-heçə edib. “Xəzər-Lənkəran” səfərdə “Mərkəzi Ordu İdman Klubu”nu 1-0, “Bakı” isə “Karat”ı 2-1 hesabıyla məğlub edib. 1/4 final mərhələsinin cavab oyunları martın 15-də keçiriləcək.





***

Martın 8-də futbol üzrə UEFA “Çempionlar Liqası”nda 1/8 final mərhələsinin 3 cavab görüşü keçiriləcək. Rusiyalı milyarder Roman Abramoviçin prezidenti olduğu “Çelsi” Londonda Ronaldinyo və Dekunun oynadığı “Barselona”nı qəbul edəcək. Bu oyunda “Çelsi”də hüçümçular Didye Droqba və Aryen Robben forma geyə bilməyəcək. “Barselona”da isə hücumçu Lüdovik Jüli zədəsini sağaltsa da, müdafiəçi Rafael Markez zədə üzündən bu oyunu buraxacaq. İki həftə əvvəl bu komandalar arasında İspaniyada keçirilən oyunda “Barselona” “Çelsi”ni 2-1 hesabıyla məğlub eləmişdi.



***

İtaliyada isə “Milan” komandası “Mançester Yunayted”i qəbul edəcək. Bu komandalar arasında İngiltərədəki ilk oyun “Milan”ın 1-0 hesabıyla üstünlüyü ilə başa çatmışdı. Cavab oyununu “Milan”ın ukraynalı hüçümçusu Andrey Şevçenko ağır zədə üzündən buraxacaq, İnzagi isə əksinə sıraya dönüb. “Manchester Yunaytedin”in heyətində Gari Nevill və Luis Saha zədə üzündən qarşılaşmada forma geyməyə bilər. Milan şəhərinin “Çempionlar Liqası”ndakı digər komandası “İnter” də eyni meydanda “San Siro”da oynamalı olduğundan, “İnter”in “Portu”yla cavab oyunu 1 həftə sonraya keçirilib.



Bu gün baş tutacaq sonuncu oyunda Fransanın “Lion” komandası səfərdə 3-0 yendiyi Almaniyanın “Verder” Bremen klubunu qəbul edəcək. “Lion”luların heyətində müdafiəçilər Revelyeri və Kaçapa zədəli olsa da, “Verder”də bütün heyət oyuna hazırdır.



***

Çərşənbə günü “Çempionlar Liqası”nda 1/8 final mərhələsinin 4 oyunu keçiriləcək. “Juventus” 2 həftə əvvəl 1-0 hesabıyla yenildiyi Madrid “Real”ını İtaliyada qəbul edəcək. İngiltərənin “Liverpul” klubu öz meydanında 3-1 hesabıyla məğlub elədiyi Leverkuzen “Bayer”inin qonağı olacaq. Münhenin “Bavariya” komandası ilk oyunda 3-1 hesabıyla qalib gəldiyi “Arsenal”la Londonda, “PSV-Eyndhoven” isə Hollandiyada 1-0 hesabıyla yendiyi “Monako”yla Fransada qarşılaşacaq.
XS
SM
MD
LG