Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42
Danimarka şahzadəsi Frederik və onun həyat yoldaşı Marinin Amerikaya səfəri gözlənilmədən bir-neçə saat təxirə salınıb.

Bunun səbəbi Kastrup hava limanında onların cangüdənlərinin qaldırdığı həyəcan siqnalı olub.

Şahzadənin təhlükəsizlik xidmətinin əməkdaşlarının təşəbbüsü nəticəsində Kopenhaqendən Çikaqoya uçan SAS aviaşırkətinə məxsus avilaynerə minik dayandırılıb, bomba tapmaq üzrə xüsusi təlim görən itlər təyyarənin yük yeri də daxil olmaqla bütün salonlarını axtarıblar.

Danimarka polisinin veridyi məlumata əsasən, şahzadənin cangüdənləri sərnişinlər arasında bir kişinin zarafatına cavab olaraq həyəcan siqnalı qaldırıblar. Eyni təyyarə ilə uçan 45 yaşlı Yilland şəhərinin sakini gözləmə zalında zaraftla deyib ki, o, təyyarədə bomba gizlədib, amma bunu heç kim görməyəcək, çünki təhlükəsizlik xidməti maymaqdır.

Bunu eşidən kimi cangüdənlər polisə xəbər verərək Frederik və Marini təyyarədən hava limanının qonaq otağına keçiriblər.

Təyyarədə heç bir partlayıcı maddə aşkar edilməyib. Zarafat edən sərnişin polis tərəfindən saxlanılıb.

Skandinaviyada kral ailələri də daxil olmaqla ölkə və hökumət rəhbərləri bir qayda olaraq SAS aviaşrkətnin həyata keçirdiyi marşrutlardan istifadə edir, adi sərnişinlərlə bir təyyarədə uçurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG