Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

Psixoloqların qənaətincə, azərbaycanlı qadınların ən böyük problemi özünütəsdiqlə bağlıdır


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Tutduğu işi, ailəsini sevən və bunu hər kəsə məsləhət görən bu xanım «Memar SS» şirkətinin prezidenti Sayalı Səfərovadır. Uğurlu iş qadını. 15 il Layihə İnstitutunda baş memar işləyib. Qadınlar arasında reklamla məşğul olan ilk qaranquşdur. 90-cı illərin ortalarında yaratdığı «Memar SS» şirkətinin dövriyyəsi milyonlarla dollar olub. Bundan başqa BMT-nin iqitsadiyyat komissiyasının işçi qrupunun üzvüdür.



Amma bu günlərə gələnə qədər az çətinliklər görməyib. Vaxt olub ki, çörək almağa pulu da olmayıb. İndi həmin günlərə qayıtmadan bir bunu deyir ki, öz yerini tapmaq üçün çox əziyyət çəksə də, peşman deyil. Onu da vurğulayır ki, nə ailəsini karyeraya, işinə qurban verib, nə də işini ailəsinə. Çünki bir memar kimi planlı iş tutub. Sayalı Səfərova ailə qurana qədər sevdiyi insan onu düz on altı il gözləməli olub. Bu müddətdə təhsil alıb, memar kimi fəaliyyətə başlayıb, daha sonra baş memar olub. Onu sevən insanı gözlətməsinin səbəbinisə özünü təsdiq etməyə zərurət duyması və heç kimdən asılı olmaq istəməməsi ilə izah edir.



Amma Sayalı Səfərova kimi düşünənlər, daha doğrusu bu cür düşünüb, amma onu reallaşdıra bilməyənlər də az deyil. Psixoloji Məsləhət Mərkəzinin əməkdaşı Leyla İsmayılova deyir ki, onlara müraciət edən xanımların problemi daha çox özünütəsdiqlə, özünü realizə etməklə bağlıdır. Özünü evinə, ailəsinə, yaxınlarına həsr edən qadınlar əksər hallarda özlərini yaddan çıxarırlar, istər-istəməz, zor-xoş arxa plana keçirlər. Ən böyük arzularını isə içəridə, dərində gizlədirlər.



Leyla İsmayılova Mərkəzə müraciət edən qadınlarla ünsiyyət zamanı belə qənatə gəlib ki, azərbaycanlı xanımların ən böyük problemi özünü ailəyə fəda etməkdir. Bəs bu yarıkönüllü-yarıkönülsüz fədakarlığa səbəb nədir?«Bu problemlər daha çox ailədən gəlir. Yəni onların mənəvi ehtiyacları ödənmir, təmin olunmur. Yaxınlarının onlara hörmətlə yanaşdıqlarını hiss etmirlər. Əksər hallarda onların istəkləri nəzərə alınmır. Dəxli yoxdur, onlar ailəlidir, əriylə yaşayır, yoxsa subaydır, valideynlərinin yanındadır.



İkinci problem ondadır ki, qadınlar həmişə öz maraqlarını, öz ehtiyacalarını ikinci plana keçirirlər. Daha çox həyat yoldaşları, uşaqları haqda düşünürlər, onların qayğısını çəkirlər. İlk baxışda bu onlar üçün nə qədər xoş olsa da, başa düşmək lazımdır ki, həmin qadınların da öz arzuları var. Və bu reallaşmayan, amma həmişə onları düşündürən, narahat edən həmin arzular isə müxtəlifdir. Kimin üçünsə bu təhsil almaqdır, kimin üçünsə işləmək, karyera qurmaqdır. Kimin üçünsə sadəcə, sevimli bir işlə məşğul olmaqdır».



BMT-nin Qadınlar üçün İnkişaf Fondunun «Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradlıması» layihəsinin milli əlaqələndiricisi Gülşən Paşayeva isə hesab edir ki, bu problem, yəni qadınların fəaliyyətinin, arzu və istəklərinin çevrəsinin məhdudlaşdırılması təhsil sistemindən və ailədə tərbiyədən irəli gəlir.



Psixoloq Leyla İsmayılovanın qənaətincə, özünü təsdiqləyə bilməyən, içərisindəki potensialını reallaşdırmaqda aciz olan, bir növ kölgədə qalan bu xanımlar əksər hallarda özlərinə qapanırlar. İlk baxışda hər şey qaydasında getsə də, yəni onlar yenə də yaxınlarının qayğısını çəkib, onları sevib, gündəlik işlərini görsələr də, lap hardasa işləsələr də, amma özlərini xoşbəxt saymırlar. Bəzənsə dözüm, səbr göstərməkdən, özünü fəda etməkdən yorulurlar. Başa düşürlər ki, həyat gedir, onlar isə heç nədən zövq almır, heç nəyə ürəkdən sevinmirlər.



Gülşən Paşayeva hesab edir ki, yalnız qadınların yox, həm də artıq kişilərin baxışında dəyişiklik etməyin zamanıdır. Onun fikrincə,

Günün bütün mövzuları

XS
SM
MD
LG