Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Laçın köçkünü Ermənistan rəhbərliyindən kompensasiya tələb edir


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Laçın rayonundan olan məcburi köçkün Əbülfət Nəsirov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ona dəyən maddi zərərin ödənilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib.



İddia üzrə cavabdehlər Ermənistan prezidenti, hökuməti, maliyyə və iqtisadiyyat nazirlikləridir.



Əbülfət Nəsirovun vəkili Fuad Ağayev belə deyir. O əlavə edir ki, «Abşeron Rayon Məhkəməsi bu iddianı öz icraatına qəbul edib və hazırlıq iclası təyin edib. Bu barədə cavabdeh tərəfə – Ermənistan rəhbərliyinə əvvəlcədən xəbərdarlıq edilsə də, iclasa nə özləri gəlib, nə də nümayəndələrini göndəriblər”.



Martın 7-də isə Abşeron Rayon Məhkəməsində Çingiz Bəşirovun sədrliyi ilə Əbülfət Nəsirovun iddiasına baxış keçirilib. Bu iclasın yeri və vaxtı barədə də qarşı tərəf məlumatlandırılmışdı. Onlar gəlməmələrinin səbəbini izah etmədiklərinə görə məhkəmə bu qərara gəlib ki, cavabdehlərin iştirakı olmadan məhkəmə baxışı keçirsin.



Vəkil Fuad Ağayev deyir ki, işin həcmi çox olduğuna görə martın 7-si iş vaxtının sonuna qədər davam edən prosesdə ayın 17-dək fasilə elan olunub.



Vəkil Əbülfət Nəsirovun iddiasının təmin ediləcəyinə ümid bəslədiyini bildirir. O deyir ki, «bu barədə qətnamə qəbul edildiyi təqdirdə onun icrası məsələsi ortaya çıxacaq. Minsk Konvensiyası çərçivəsində həmin qətnamə Ermənistana göndərilməli və cavabdehlər tərəfindən icra olunmalıdır. Çünki bu dövlətin bu barədə beynəlxalq hüquqi öhdəlikləri var.



Əks təqdirdə, biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Avropa Məhkəməsinin qəbul edəcəyi qərarı isə Ermənistanın icra etməməsi ağılabatan iş deyil».



Əbülfət Nəsirovun vəkili Fuad Ağayev belə deyir.
XS
SM
MD
LG