Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:07

Naxçıvanda “elektron hökumət” yaradılacaq


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Naxçıvanda “elektron hökumət” yaradılandan sonra bu təcrübə bütün Azərbaycana yayılacaq.

Azərbaycan Milli Elmlər Akademiyası, BMT-nin İnkişaf Proqramı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvanda yeni İnternet layihəsi üçün hazırlıq görürlər.



Məqsəd Tunisdə ilin sonunda keçiriləcək İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinə hazırlaşmaqdır. Artıq Azərbaycan sammitdə iştirak üçün könüllü olaraq 15 min İsveçrə frankı köçürüb.



Milli Elmlər Akademiyası yanında İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əlquliyev “elektron hökumət” şəbəkəsinin yaradılmasının artıq razılaşdırıldığını və prezidentin müvafiq fərman verəcəyini deyir.



Naxçıvanda həyata keçiriləcək proqramın gələcəkdə bütün Azərbayacana yayılması və ölkə miqyasında "elektron hökumə"tin yaradılması da nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG