Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

Hər həftənin birinci günü 14-24-də dünyada baş verən ən son və maraqlı yeniliklərdən xəbər tutacaqsınız...


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Bu yay eynəkdən həm də mobil telefon kimi istifadə edəcəyik.Necə? Motorola və Oakley firmalarının dünyada birinci olaraq istehsal etdikləri eynək həm gözləri ultrabənövşəyi şüalardan qoruyur, həm də mobil telefon kimi istifadə edilir.Aparatın üstünlüklərindən biri də eynəyin çərçivəsinin materialındadır.O-Luminum adlanan bu material titandan da 40% yüngüldür.Məhsulun bu ilin ikinci yarısından satışa buraxılacağı gözlənilir.

Futbol ulduzu Argentinalı Dieqo Maradona artıq kilodan azad olmaq üçün əməliyyat olunub.Bu barədə Türkiyənin Milliyyət qəzeti martın 6-da məlumat yayıb.Qəzet yazır ki, Maradona əməliyyatdan əvvəl 121 kiloqram idi. Onun hələ 3 gün də xəstəxanada qalacağı bildirilir.Əfsanəvi futbol ulduzunun Kubada uzun müddət kokain asılılığından müalicə olunarkən kökəldiyi deyilir.

Philips firması yaxın gələcəkdə mobil telefonlar üçün də qatlana bilən ekranlar istehsal etmək niyyətindədir.Bu cür kağız ekranlar sayəsində mobil telefonların dizaynında hər cür yaradıcılığa imkan açılır.Bir il əvvəl Philips Polymer Vision adlanan daha iri qatlana bilən ekranlar yaratmışdı.Lap qəzet kimi, lazım olanda aç filmə bax, lazım olmayanda qatla cibinə qoy.
XS
SM
MD
LG