Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:18

“Növbə kimindir?”


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” --“Fiqaro”



Həm Kiyev, həm də Bakıda belə bir sual verirlər: “növbə kimindir?”



Martın 4-də şəhərkənarı evində Ukraynanın keçmiş daxili işlər naziri Yuri Kravçenkonun meyiti aşkarlanıb. 2000-ci il ildə "Ukrainskaya Pravda" qəzetinin baş redaktoru Georgi Qonqadzenin qətli ilə əlaqədar o, şahid qismində Baş Prokurorluğa çağrılmışdı.



Martın 2—də Azərbaycanda da mətbuatı fikirləşməyə vadar edən qətl törədilib. "Monitor"un baş redaktoru Elmar Hüseynov öldürülüb.



Jurnalistlər, bankirlər, biznesmenlər və ya siyasətçilərin hər gün öldürüldüyü 90—cı illərin əvvəllərində olduğu kimi post-Sovet məkanı üzərində təzədən ölüm kabusu dolaşır.



Amma görünür, hökumətlər də “qorxu sindromu”na tutulublar. Onlar “narıncı inqilab”a paytaxtdan paytaxta dolaşan epidemiya kimi baxırlar. Onlar vahimədədirlər. Bir çoxları özünü əlindəki tapancanı gicgahına dirəmiş Yuri Kravçenkonun yerində təsəvvür edirlər.



Ukrayna prezidenti Viktor Yuşenko sabiq daxili işlər nazirinin ölümünə görə göz yaşları tökməyib. O deyib ki, “ya məhkəmə ilə əməkdaşlıq etmək, ya da özü–özünə hökm çıxarmaqda hər kəs sərbəstdir”.



--“Spekteytor”



Qərb mətbuatı Ukraynadakı hadisələri demokratiyanın qələbəsi, xeyrin şər üzərində zəfərinin təcəssümü kimi təqdim edir. Amma bu zaman oradakı mübarizənin əsl mahiyyəti nəzərdən qaçırılır.



Axı, əgər məsələ doğrudan da seçkilərin ədalətliliyindədirsə, o zaman Azərbaycanda 2003-cü il prezident seçkilərində saxtakarlığa görə də hiddətlənmək lazım idi.



Hər şey “xalq inqilabları” haqda təmtəraqlı ifadələrdən daha sadədir. Söhbət ilk nöbvədə, Avropanı Xəzərlə birləşdirəcək tranzit kəmərləri uğrunda mübarizədən gedir.



Coğrafi mövqeyinə görə Ukrayna Xəzər regionundan Qərb bazarına neft və qazın nəqli üçün ideal dəhlizdir. Ən əlverişli arteriya isə tikintisi 2001-ci ildə başa çatan Odessa-Brodı kəməridir.



--“İndependent”



Moldova son il yarımda Rusiyaya arxa çevirən üçüncü keçmiş Sovet respubllikası olub. Moldova Kommunist partiyası anti-Rusiya proqramı ilə parlament seçkilərində qələbə çalıb.



Kommunist partiyasını seçki saxtakarlığında günahlandırmaqla müxalifət respublikada Ukrayna ssenarisini oynamağa ümid edirdi.



Lakin 2001-ci ildə Rusiyayla əlaqələrin möhkəmləndirilməsi şüarı ilə hakimiyyətə gələn kommunistlər təşəbbüsü ələ alaraq, bu dəfə açıq anti-Rusiya və Avropayönümlü seçki proqramı irəli sürüblər.



Bəziləri Kommunist partiyasını Ukrayna və Gürcüstanda əvvəlki hakimiyyətin aqibətini təkrarlamamaq üçün siyasi kursu həyasızcasına dəyişməkdə günahlandırırlar.



Bu il kommunist prezident Vladimir Voronin Rusiyanın ünvanına daha radikal bəyanatlar səsləndirib, habelə Rusiya müşahidəçilərini Moldovaya buraxmayıb və hətta naməlum rusiyalıları ona sui-qəsd cəhdində ittiham edib.
XS
SM
MD
LG