Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:18

Jurnalist təşkilatları martın 9-da yürüş-mitinq keçirməyi planlaşdırır


Səs: Real audio
Canlı söhbətdə iştirak edirlər: Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və "Monitor" jurnalının redaktor müavini Eynulla Fətullayev «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətlinin 7-ci günü – martın 9-da Azərbaycan jurnalistlərinin bir qrupu matəm mitinqi keçirməyi nəzərdə tutur.



Bu haqda jurnalist təşkilatları bu gün qərar veriblər.



Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, matəm mitinqində ancaq jurnalistlər və hüquq müdafiəçiləri çıxış edəcəklər. Əsas şüar isə «Jurnalistlər terrora qarşı» olacaq.



Jurnalistlər Konfederasiyasının sədri Azər Həsrət isə bildirdi ki, artıq mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib. Razılıq verilib-verilməməsindən asılı olmayaraq matəm mitinqi keçiriləcək.



Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirir ki, Elmar Hüseynovun qətlinin açılımasında ilk növbədə Azərbaycan hökuməti maraqlı olmalıdır.



Hadisə ilə əlaqədar müstəqil jurnalist təhqiqat qrupunun yaradılması da qərara alınıb.



Martın 2-də yaşadığı binanın blokunda güllələnmiş Elmar Hüseynovun qətlinin istintaqında Azərbaycanın hüquq-mühafizə orqanları ilə ABŞ-ın Federal Təhqiqatlar Bürosu və türkiyəli ekspertlər birlikdə işləyir.



Bu haqda Elmar Hüseynovun qətliylə bağlı hüquq-mühafizə orqanlarının KİV-lə əlaqələndiricisi Eldar Məcidov məlumat verdi.



Onun sözlərinə görə, ərazidə yaşayan adamlar dindirilir. Atəş açılan yerdən isə siqaret kötüyü tapılıb.



Bundan əvvəl isə ərazidən PSM markalı tapança, papaq və idman gödəkçəsi tapılmışdı. Eldar Məcidovun sözlərinə görə, istintaq bütün versiyalar üzərində işləyir.
XS
SM
MD
LG