Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:39

FTB E. Hüseynovun qətli ilə bağlı işə başladı


Səs: Real audio
Canlı söhbətdə iştirak edirlər: Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və "Monitor" jurnalının redaktor müavini Eynulla Fətullayev Martın 5-də, günün birinci yarısı ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları ekspertiza üçün materiallar toplamaq məqsədilə “Monitor”un baş redaktoru Elmar Hüseynovun qətli torədilən yerə baxış keçiriblər.



“Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, hadisə yerində FTB—nin iki əməkdaşı işləyib. Onlar istintaq üçün lazım olan ilkin sübutları toplayıb, qətlin baş verdiyi ərazini ətraflı öyrəniblər.



«Onlar Elmar yaşayan binanın ətrafına, qatilin silahı və papağı tapılan yerlərə baxdılar. Hadisə ilə bağlı şahidləri dindirdilər».



Şahbaz Xuduoğlunun sözlərinə görə, Bakıya təqribən 5—6 nəfər FTB əməkdaşı gəlib. Elmar Hüseynovun qətli ilə bağlı fəaliyyətə isə onlar martın 4-dən başlayıblar.



Şahbaz Xuduoğlu deyir ki, FTB əməkdaşları məlumat sızdırmamaq üçün hələlik heç bir açıqlama vermirlər. Ancaq fəaliyyətlərinin sonunda mətbuata açıqlama verəcəklərini bildiriblər.



Martın 2-də baş vermiş hadisənin—Elmar Hüseynovun qətlinin açılmasına kömək məqsədilə Azərbaycan rəhbərliyi ABŞ—ın Federal Təhqiqatlar Bürosuna müraciət edib.



Azərbaycanın hüquq--mühafizə orqanları isə əhalini Elmar Hüseynovun qətlinin təhqiqatı üzrə istintaq qrupuna yardım göstərməyə çağırıb.



Müraciətdə əhalidən çinayətin açılmasına, qətlin sifarişçisi və icraçısının aşkar edilməsinə kömək edə biləcək istənilən məlumatın verilməsi xahiş olunur, informasiya mənbələrinin anonimliyi və təhlükəsizliyinin təmin ediləcəyi bildirilir.



“Monitor”un baş redaktorunun qətli ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.



Bəyanatda bu hadisə pislənir və Azərbaycan hakimiyyətinin qısa zamanda cinayətkarları taparaq cəzalandıracağına ümüd bəslənildiyi vurğulanır.
XS
SM
MD
LG