Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:28

«Xalq Elmarla vidalaşdı»


Səs: Real audio
Canlı söhbətdə iştirak edirlər: Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və "Monitor" jurnalının redaktor müavini Eynulla Fətullayev «Azadlıq» qəzeti «Xalq Elmarla vidalaşdı» başlıqlı məqaləsində yazır ki, AXCP lideri Əli Kərimli vida mərasimində “Elmarı susdursalar da, Azərbaycan xalqını susdura bilməyəcəklər” deyib.



ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında Dağlıq Qarabağda Ermənistanın məskunlaşdırma siyasəti apardığı əksini tapıb və bu, Azərbaycanın maraqlarına cavab verir. «Yeni Azərbaycan» qəzetinə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov belə deyib.



«Üç nöqtə» qəzeti hesab edir ki, Faktaraşdırıcı Missiyanın fəaliyyətinin Azərbaycan üçün hansı əhəmiyyəti olacağı hələ bəlli deyil.



««Monitor»un baş redaktoru torpağa tapşırıldı». «525-ci qəzet» yazır ki, Elmar Hüseynovu yüzlərlə insan son mənzilə yola saldı.



«Azərbaycan» qəzeti Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri ilə bağlı məqaləsində yazır ki, bu səfərlər iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcək.



«Birləşmiş Ştatlar inqilab ixracına başlayır» məqaləsində «Ayna» qəzeti yazır ki, Amerikada Demokratiyanın İrəliləməsi haqqında Akt adlı qanun layihəsi müzakirə olunur.



«İqtidar-müxalifət dialoqu başlandı» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, Prezident Aparatından Əli Həsənov müxalifət partiyaları ilə konstruktiv münasibətlərdə hakimiyyətin maraqlı olduğunu bildirib.



«Bakı Xəbər» yazır ki, prezident İlham Əliyev jurnalistin vida mərasiminə gəlmədi, axşam isə əyləncə məclisində görünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG