Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27

Son günlər jurnalistlərin başına gələnlər, daha doğrusu gətirilənlər nədir?


Səs: Real audio
Canlı söhbətdə iştirak edirlər: Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və "Monitor" jurnalının redaktor müavini Eynulla Fətullayev “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Elmar Hüseynovun qətli ilə bağlı narahatlıq bildirib.



Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Reyçel Denber deyib ki, hadisə Hüseynovun yolu ilə getmək istəyənləri qorxutmağa yönəlmiş sifarişli qətldir.



Cənab Denber Azərbaycan hakimiyyətini ədalətli təhqiqat aparmağa, jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.



Norveç İnsan Hüquqları Komitəsi isə prezident İlham Əliyevə məktubunda Elmar Hüseynovun öldürülməsini pisləyib.



Beynəlxalq İnsan Haqları Liqası da prezident İlham Əliyevə müraciət edərək “Monitor”un baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı şəffaf araşdırma aparılmasını, cinayətkarların cəzalandırılmasını istəyib.



Liqanın icraçı direktoru Luis Kantrou prezidentə məktubunda həm Elmar Hüseynovun qətli, həm də “Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun azadlıqdan məhrum edilməsindən narahatlıq bildirib.
XS
SM
MD
LG