Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Avropanın 4 universitetində birdən təhsil almaq olar


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Avropada oxumaq istəyi keçənlər bu ildən arzularınıdaha asan həyata keçirəcəklər. Bu fürsət Azərbaycanın Avropa Birliyinin qonşuluq siyasətinə daxil olduğundan sonra yaranıb. Necə? Hazırda Azərbaycan üçün Erasmus Mundus adlı 6 proqram var. Hər proqrama görə, Avropanın universitetlərində magistraturada oxumaq olar. Özü də ki, pulsuz-parasız, Avropa Birliyinin hesabına. İndiyə qədər açıqlanan magistr proqramları bunlardı.: Ekologiya sahəsində siyasət, elm və menecment, Tətbiqi Etika, Jurnalistika və Qloballaşma dövründə media, Nanotexnologiya, Fiziki aktivliyin həyata keçirilməsi və Avropaşünaslıq. Proqramın diqqətçəkən bir tərəfi də var – hər bir proqram üzrə bir yox 4 universitetdə birdən təhsil alımaq olur. Yəni magistratura pilləsi zamanı tələbə missal üçün ekologiya proqramında, Belçikada, sonra Norveçdə, Çexiyada və sonda İrlandiyada oxuyur. Bəs, hara müraciət etmək lazımdı və hansı sənədlər lazımdır? Bakı Təhsil Mərkəzinin direktoru Bahar Hacızadə ilk şərtin ingilis dili olduğunu deyir.

Avropa Birliyinin Erasmus Mundus proqramları haqda daha ətraflı məlumatı bu internet səhifəsindən əldə etmək olar: www.beic.aznet.org. Tələsməyə dəyər, bəzi proqramlarda iştuirak etmək üçün son müddət elə bu aydaca bitir.
XS
SM
MD
LG